Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) (d. 28 sentyabr 1924, İrəvan, Ermənistan SSR) — texnika elmləri doktoru, professor.

Ulduz Kəngərli

  • Ana Səhifə
  • Vikipediya
  • Ulduz Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) (d. 28 sentyabr 1924, İrəvan, Ermənistan SSR) — texnika elmləri doktoru, professor.

Ulduz Kəngərli
Ulduz Səttar oğlu Kəngərli
Ulduz Səttar oğlu Kəngərli
Doğum tarixi 28 sentyabr 1924
Doğum yeri İrəvan,
Ermənistan SSR,
SSRİ SSRİ
Vəfat tarixi 29 yanvar 2021 (96 yaşında)
Elm sahələri Radiotexnika, elektronika

Həyatı

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.

1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir.

1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

1958–1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir.

1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir.

Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir.

Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ulduz kəngərli sözünün mənası, ulduz kəngərli haqqında məlumat. ulduz kəngərli nədir? ulduz kəngərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cırtdan (opera)

  • Mart 01, 2026

    Qu adası

  • Fevral 23, 2026

    XI Lüdovik

  • Mart 06, 2026

    Müharibələrarası dövr

  • Mart 01, 2026

    Təchizat

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst