Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Simpsonlar (ing. The Simpsons) — Mett Qreyninq tərəfindən Fox televiziyası üçün yaratdığı ABŞ cizgi serialı. Homer, Marc, Bart, Liza və Meggi üzvlərindən ibarət

The Simpsons

  • Ana Səhifə
  • Vikipediya
  • The Simpsons

Simpsonlar (ing. The Simpsons) — Mett Qreyninq tərəfindən Fox televiziyası üçün yaratdığı ABŞ cizgi serialı. Homer, Marc, Bart, Liza və Meggi üzvlərindən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.

Simpsonlar
ing. The Simpsons
Janr satira, qara yumor
Rolları səsləndirənlər Den Kastellaneta
Culiya Kavner
Nensi Kartrayt
Yardli Smit
Henk Azaria
Harri Şirer
Studiya 20th Century Fox, 20th Television[d]
Ölkə
  •  ABŞ
Dil ingilis dili
Mövsümlərin sayı 37
Seriyaların sayı 805
Seriyanın müddəti 22 dəq
Telekanal Fox Broadcasting Company
IMDb ID0096697
Rəsmi saytı

Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlandı. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-da göstərilməyə başlamışdır. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadıldı.

Sentyabrın 26-sı, 2010-cu ildə Simpsonların 22-ci mövsümünün işıq üzü görəcəyi planlaşdırılır. Bu satirik cizgi filmi özündə orta statistik amerikalının həyat tərzini əks etdirir, siyasət və din kimi bir çox aktual mövzulara toxunur. Bu cizgi filmində eynicinsdən olanların nikahı, darvinist və kreasionistlərin mübarizəsi, İraq müharibəsi kimi ciddi mövzular da kölgədə qalmamışdır.

Təsadüfi deyildir ki, "Time" jurnalı 1998-ci ildə "Simsonlar" cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir. Lakin bəzi tənqidçilərin fikrincə, Simpsonlar son illər öz əvvəlki sosial əhəmiyyətini və yumor tərzini itirmək üzrədirlər. Buna baxmayaraq, 27 iyul 2007-ci ildə ABŞ-də ekranlara Simsonların tammetrajlı filmi çıxdı.

Cizgi serialının 25 yanvar 2009-cu ildə ilk dəfə efirə çıxmış "Liza - Dram Kraliçası" seriyasında (20 mövsümün 9-cu seriyası) Liza Simpson keçiriləcək BMT sammitində Azərbaycanı təmsil edir.

Serial 2009-cu ildən "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən uzun müddət davam edən sitkom cizgi serialı olaraq (seriya sayı baxımından) birinciliyini qoruyur.

Mündəricat

Personajlar

Serialın əsas personajları filmin yaradıcısı olan Mett Qrouninqin təxəyyülünün məhsuludur. Filmin əsas qəhrəmanlarının adı Mettin ailəsindən götürülüb. Belə ki, Liza və Meggi onun bacıları, Marc onun anası,Homer isə onun atasının adıdır. Bart Simpsonun adı isə ingiliscədə "dəcəl uşaq" mənasına gələn "brat" sözünün anaqramıdır.

Hadisələr harada cərəyan edir

Hadisələr ABŞ-də , Sprinqfild adlı şəhərdə cərəyan edir. Əslində ABŞ-də bu adda bir neçə şəhər var. Məhz buna görə də bu ad əsas şəhər kimi seçilmişdir. Serialın həvəskarları uzun müddət bu şəhərin məhz hansı Sprinqfild olduğunu araşdırmağa çalışsalar da, indiyədək bu suala cavab tapa bilməyiblər. Mett Qrouninq isə əslində serialdakı Sprinqfildin onun fantaziyasının məhsulu olduğunu bildirərək bu şəhərin ABŞ-dəki Sprinqfildlərdən heç birinin olmadığını vurğulamışdır.

Serialın xarakterik cəhətləri

Serialı digərlərindən fərqləndirən xüsusiyyətləri onu daha maraqlı edir. Məsələn, serialın başlanğıc şəkli hər dəfə fərqli şəkildə olur. Adətən bu başlıq ailənin hər bir üzvünün evə gəlməsini nümayiş etdirir. Bunlara aiddir: -Liza Simpsonun musiqi sinfində saksafonda ifa etdiyi musiqi (bunun 10-a yaxın variantı mövcuddur). -Bartın lövhədə yazdığı cümlə. -Nəhayət, Simsonların divanın ətrafında yığışması. Bu hissəyə serialın pərəstişkarları "divan səhnəciyi" deyirlər. Bu tipli dəyişkən səhnələr həmçinin "Futurama" və "American Dad" multseriallarında da mövcuddur.

Təkrarlanan səhnələr

— Homerin Bartı boğması
— Bartın Monun barına telefon zəngləri (zəng edərək Bart Modan hansısa gülməli adlı adamı çağırmağı xahiş edir).
— Monun yeni il ərəfəsində özünü öldürmək cəhdləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, The Simpsons haqqında məlumat. The Simpsons nədir? The Simpsons nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Ərzurum ili

  • Fevral 27, 2026

    Karles Puyol

  • Fevral 27, 2026

    Arachnida

  • Fevral 25, 2026

    Olesya Zamula

  • Fevral 27, 2026

    Əl-Kisai

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst