Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stres — orqanizmin mürəkkəb şəraitə adaptasiya prosesində müşahidə edilən və psixosomatik sistemlərin funksional fəaliyyətinin dəyişməsi ilə xarakterizə olunan

Stress

  • Ana Səhifə
  • Vikipediya
  • Stress
Bu səhifədə və ya bölmədə müəlliflik hüquqları pozuntusu olduğu güman edilir.
Məzmun üzərində heç bir dəyişiklik edilmədən və ya əsaslı redaktələr edilmədən, yaxud bəzi hissələr olduğu kimi saxlanılaraq müəlliflik hüquqları ilə qorunan mənbə(lər)dən ünvanından kopyalanıb. Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın.
Məqalənin müəllifinə: Müəlliflik hüquqları

Stres — orqanizmin mürəkkəb şəraitə adaptasiya prosesində müşahidə edilən və psixosomatik sistemlərin funksional fəaliyyətinin dəyişməsi ilə xarakterizə olunan vəziyyət.

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq.

Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik.

Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb. Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi. Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür .

Stres müxtəlif xəstəliklərin yaranmasına səbəb olur

Psixoloqlar və psixiatrlar insanın somatik xəstəlikləri ilə şəxsi xüsusiyyətləri arasında, həmçinin yaşayış mühiti arasında asılılığın olduğunu müəyyən etmişlər. Məs: mədə xorası xəstələri üçün yüksək borc hissi, həyəcan, əsəbilik xasdır. Bu insanlara aşağı özünüqiymətləndirmə, həddən artıq kövrəklik, tez incimək, utancaqlıq, özünə inamsızlıq, həmçinin özünə qarşı yüksək tələbkarlıq xasdır. Müəyyən edilmişdir ki, belə insanlar əslində bacardıqlarından daha çox etməyə çalışırlar. Onlarda çətinliklərin aradan qaldırılması güclü həyəcanla müşayiət olunur. Bu həyəcan gərginlik vəziyyəti yaradır ki, həmin gərginlik həzm orqanlarının və onların damarlarının divarlarının əzələlərində spazmaya səbəb olur. Bu isə onların qanla təchizini pisləşdirir və onların mədə şirəsi ilə həzminə müqavimətini azaldır. Bu da xora yaranmasına səbəb olur.

Müəyyən olunmuşdur ki, hadisələrin gələcək inkişafını görməyə çalışan, dəlil və sübutlarla stressorun neqativ gücünü azaldan, situasiyaya yumor hissi ilə yanaşan insanlar stresi daha yüngül keçirirlər. Psixi gərginlik, qorxu, təhlükə hissi, uğursuzluq insan üçün daha dağıdıcı stressordur. Məs: Titanikin batması zamanı xilasedicilər hadisə yerinə çox tez (3 saatdan sonra) çatmışdılar. Buna baxmayaraq sərnişinlərin əksəriyyəti qorxudan ölmüşdür. Ona görə də fransız həkimi A. Bombar öz kitabında yazırdı: əfsanəvi gəmilərin vaxtsız ölən qurbanları qorxudan ölürlər.

Aparılan tədqiqatlar nəticəsində insanların daha çox yaxın adamının itirdikdə, nigahı pozduqda və işi itirdikdə stresə məruz qalması məlum olmuşdur .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stress haqqında məlumat. Stress nədir? Stress nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoy (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Paparatsiya

  • Fevral 27, 2026

    Aliyə Qarayeva

  • Fevral 25, 2026

    Avar xanlığı

  • Fevral 25, 2026

    Opera (brauzer)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst