Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tatar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli,

Tatar (Qubadlı)

  • Ana Səhifə
  • Vikipediya
  • Tatar (Qubadlı)

Tatar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Tatar
39°09′35″ şm. e. 46°42′07″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Tatar xəritədə
Tatar
Tatar

Mündəricat

Toponimikası

Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon–Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI–IX əsrlərdə Baykal gölündən cənub-şərqində köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğal Ian zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ile 14 toponim qeyd edir. Keçən əsrin əvvəllərində Zəngilan rayonunda Tatar Kosalar, Zəngilan və Bərdə rayonlarında Tatarkənd adlı yaşayış məntəqələri olmuşdur. Tatar qayası (Qax rayonunun Armudlu kəndi), Tatar qaya (Laçın rayonu, Haqnəzər kəndi), Tatarlılar yaylağı (Laçın rayonu, Alxaslı kəndi), Tatar dərəsi (Zəngilan rayonu, Vejnəli kəndi; Cəbrayıl rayonu, Kürdlər kəndi), Tatar düzü (Cəbrayıl rayonu, Nüsüs kəndi) və başqaları məlumdur. Dağıstanın Dərbənd rayonunda Tatarxankənd kəndi, Rusiyanın Novosibirsk vilayətində Tatarsk adlı şəhər, Krımın Baxçasaray və Simferopol rayonlarında Tatarköy, Tatar Osman, Tatarıstanın Əlki rayonunda Tatar Suiksu, Tatar Şəpkəse adlı yaşayış məntəqələri qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tatar (Qubadlı) haqqında məlumat. Tatar (Qubadlı) nədir? Tatar (Qubadlı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ölüm yürüşü

  • Fevral 27, 2026

    Abqora

  • Fevral 27, 2026

    Tar

  • Fevral 27, 2026

    Amintore Fanfani

  • Fevral 27, 2026

    Fəxriyyə Evcən

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst