Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ölüm yürüşü — hərbi əsirlərin, digər əsirlərin və ya deportasiya edilmiş şəxslərin yol boyu ölümə buraxıldığı məcburi yürüş. İştirakçılar adətən yürüşün gedişin

Ölüm yürüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Ölüm yürüşü

Ölüm yürüşü — hərbi əsirlərin, digər əsirlərin və ya deportasiya edilmiş şəxslərin yol boyu ölümə buraxıldığı məcburi yürüş. İştirakçılar adətən yürüşün gedişinə görə uzun məsafə, hava, yorğunluq, halsızlıq, yürüş şəraitinə görə və ya mühafizəçilərin qəddarlığı səbəbilə bu zaman ölürlər.

Ərəb kölə tacirləri və onların Ruvuma çayında əsirləri.

Tarixi

Afrikada kölə tacirləri tərəfindən satın alınan və ya əsir götürülən kölələrə qarşı məcburi yürüşlərdən istifadə olunurdu. Onlar Şərqi Afrika kölə ticarəti və Atlantik kölə ticarəti ilə kimi başqa ölkələrə göndərilmişdilər. Bəzən tacirlər kölələri qandallayır və onlara kifayət qədər yemək vermirdilər. Yerimək üçün çox zəifləmiş kölələr tez-tez öldürülür və ya ölümə buraxılırdı.

Belçika kralı II Leopold Konqo Azad Dövlətində yetim qalan konqoluları qaçıraraq onları katolik missionerlər tərəfindən idarə olunan, kölə kimi işləmək və ya əsgər olmağın tədris edildiyi məktəblərdən ibarət "uşaq koloniyaları"na göndərirdi. Bunlar dövlət tərəfindən maliyyələşdirilən yeganə məktəblər idi. Məktəblərə göndərilən uşaqların 50%-dən çoxu xəstəlikdən həlak olmuş, minlərlə uşaq isə koloniyalara məcburi yürüşlərdə ölmüşdür. Belə bir yürüşdə 108 oğlan missiya məktəbinə göndərilmiş və onlardan yalnız 62-si sağ qalmışdır, lakin daha səkkizi bir həftə sonra vəfat etmişdir.

Dunqan üsyanı zamanı Şansidən 700,000–800.000 hui müsəlmanı Qansuya sürgün edilmişdi. Bu prosesdə əksəriyyəti susuzluqdan, aclıqdan və qətliamlardan yol boyu onları müşayiət edən milislər tərəfindən öldürülmüşdür. Onlardan sadəcə bir neçə min sağ qalmışdır.

SSRİ-də əhalinin köçürülməsi İosif Stalinin əmri ilə 1930-cu illərdən 1950-ci illərə qədər müxtəlif qrupların məcburi köçürülməsi ilə başa çatmışdır. Sovet arxivlərində 1940-cı illərdə qolçomaqların məcburi köçürülməsi zamanı 390,000 nəfər, həmçinin deportasiya edilmiş 400,000-ə qədər insanın ölümü sənədləşdirilmişdir. Bu deportasiya proseslərindən Krım tatarlarının deportasiyası və çeçenlərin deportasiyası Ukrayna və Avropa Parlamenti tərəfindən soyqırım kimi tanınmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölüm yürüşü haqqında məlumat. Ölüm yürüşü nədir? Ölüm yürüşü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naqoya

  • Fevral 27, 2026

    Cavad (şəhər)

  • Fevral 24, 2026

    Yafət

  • Fevral 27, 2026

    Butan

  • Fevral 24, 2026

    Mirzə Xəzər

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst