Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talışinskilər — Azərbaycan xalqının zadəgan soylarından biri. Səfəvilər sülaləsinin kiçik qollarından birinə mənsubdurlar.

Talışxanovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Talışxanovlar

Talışinskilər — Azərbaycan xalqının zadəgan soylarından biri. Səfəvilər sülaləsinin kiçik qollarından birinə mənsubdurlar.

Talışxanovlar, Talışinski, Talışlı və Xansuvarov
Titul Xan
Əcdadı Cəmaləddin Əli Xan (Qaraxan)
Qohum soylar

Yadigarovlar, Mehmandarovlar, Bakıxanovlar, Əlibəyovlar, Naxçıvanskilər, Vəzirovlar,

Vəkilovlar, Ağayevlər
Mənşəyi azərbaycanlı
Təbəəliyi Talış xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

Genetik mənşəyi

Talışinski nəslinə aid BigY (təxminən 700 marker səviyyəsində aparılan dərin Y-DNT analizi) testinin nəticələri 2025-ci ildə məlum olmuşdur. Aparılan genetik tədqiqatlara əsasən, Talışinski nəslinin əsas xətti, eləcə də bu nəslə ata xətti üzrə yaxın olan digər qolların (Lənkəran şəhəri, Xarxatan, Şağlaser, Mahmudavar, Boladi, Ərkivan, Xıl, Masallı, Digah və Boradigah kəndlərində məskunlaşmış qollar) Y-DNT nəticələrinin J2 haploqrupunun J-FT37777 qoluna aid olduğu müəyyən edilmişdir. Mövcud elmi qiymətləndirmələrə görə, təxminən 2500 il əvvəl formalaşmış J-FT37777 altqolunun daşıyıcıları əsasən zazalar və kurmanci kürdləri arasında geniş yayılmışdır. Zazalar və kürdlərin həm autosomal genetik göstəricilər, həm də dil xüsusiyyətləri baxımından talışlara yaxın olması nəzərə alındıqda, Talışinski (Talışxanov) nəslinin ata xəttinin bu subkladda yer alması tədqiqatçılar tərəfindən gözlənilən hal kimi qiymətləndirilir. Bu genetik nəticələr Talışxanov nəslinin ata tərəfdən ərəb və ya farsmənşəli olması ilə bağlı irəli sürülmüş fərziyyələrin elmi əsaslarının zəif olduğunu göstərir.

Soyun yaranması

Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: yadigarovlar, vəkilovlar və vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb tarixinə görkəmli oğullar bəxş edib. Qaraxan Talış xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir. Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı Gülməmməd Məmmədov "Leninçi" qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd generalının adını çəkir.

Seyidlik şəcərəsi dördüncü imam Zeynül Abiddinə (ə.s) çatır. Bununla belə, uzun tarixi dövr ərzində birgə yaşayış və qohumluq əlaqələri səbəbilə Talışxanovlar sonradan türkləşmişlər.

Nümayəndələri

  1. Mir Mustafa xan — Talış xanlığının hakimi
  2. Mir Həsən xan — Talış xanlığının hakimi
  3. Mir İbrahim bəy Talışxanov — General-mayor.
  4. Mirkazım bəy Talışxanov — General-mayor.
  5. Böyüknənə xanım Talışinskaya — mülki müşavir Sadıq bəy Mehmandarovun həyat yoldaşı, general-leytenant Səməd bəy Mehmandarovun anası.
  6. Əsəd bəy Talışxanov — Rusiya İmperator Ordusunda general-mayor.
  7. Xəlil bəy Talışxanov — Rusiya İmperator Ordusunda general-mayor.
  8. Məmmədhəsən bəy Talışxanov — Mirkazım bəy Talışxanov qardaşı.
  9. Fuad-Xan Talışinski — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik Respublikasında və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı.
  10. Mirkazım bəy Talışxanov — Rusiya İmperator Ordusunda general-mayor.
  11. Liyabəyim Vəkilova — Mirkazım bəy Talışxanovun qızı, Faris bəy Vəkilovun həyat yoldaşı.
  12. Cahan Talışinskaya — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).
  13. Sara xanım Talışinskaya — Mirkazım bəy Talışxanovun qızı.
  14. Fuad Talışinski— podpolkovnik, Bakı Apelyasiya Məhkəməsinin hakimi.
  15. Mirhaşım Talışlı — filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü.

Həmçinin bax

  1. "TALIŞİNSKİLƏRİN – TALIŞXANOVLARIN NƏSİL TARİXİ (GENEALOGİYASI)". 19 iyun 2022 tarixində . İstifadə tarixi: 19 iyun 2022.
  2. "Welcome to FamilyTreeDNA Discover". FamilyTreeDNA Discover.
  3. "Arxivlənmiş surət". 18 iyul 2019 tarixində . İstifadə tarixi: 14 iyun 2018.
  4. "Talyshistan - Talışxanovların hərbi məktəbi..."
  5. "Arxivlənmiş surət". 26 iyul 2022 tarixində . İstifadə tarixi: 11 iyun 2021.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Talışxanovlar haqqında məlumat. Talışxanovlar nədir? Talışxanovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan laylaları

  • Mart 01, 2026

    Döyüş sambosu

  • Fevral 27, 2026

    Kerulen çayı

  • Fevral 27, 2026

    Mokşan dili

  • Fevral 27, 2026

    İqlim dəyişiklikləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst