Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Soy öz başlanığıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanş

Vəzirovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Vəzirovlar

Vəzirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Vəzirovlar
Titul Bəy
Əcdadı Mirzə Camal Cavanşir Qarabaği
Qohum soylar Mirzəcamalovlar, Şərifbəyovlar
Mənşəyi Qarabağ, Füzuli, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qarabağın əksər mahallarında
Mülki fəaliyyəti Vəzir, Naib

Mündəricat

Soyun yaranması

Soy öz başlanığıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar.

İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.

Soyun məşhur nümayəndələri

  • Mirzə Camal Cavanşir Qarabaği — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası.
  • Rzaqulu bəy Vəzirov — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu.
  • Fərrux bəy Vəzirov — mühəndis, xeyriyyəçi.
  • Zeynal bəy Vəzirov — məmur, titulyar müşavir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü.
  • Əbdürrəhim bəy Vəzirov — çar ordusunun mayoru, məmur, zərif.
  • Məşədi Mahmud bəy Vəzirov — şair, II gildiya tacir.
  • Əsəd bəy Vəzir — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu.
  • Bəhram bəy Fədai — şair, hüquqşünas.
  • Baxış bəy Səbur — şair.
  • Mirzə Həmid bəy Vəzirov — hüquqşünas, barışdırıcı hakim.
  • Kərim bəy Vəzirov — şair, məmur.
  • Fəridə Vəzirova — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981).
  • Əbdürrəhman Vəzirov — SSRİ və Azərbaycan SSR dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi.
  • Süleyman Vəzirov — Azərbaycan SSR-in 1-ci Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı
  • Aslan bəy Vəzirov — Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəzirovlar haqqında məlumat. Vəzirovlar nədir? Vəzirovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pişəvər

  • Fevral 27, 2026

    Çaparxana

  • Fevral 27, 2026

    Biharul Ənvar

  • Fevral 27, 2026

    Buxara karvansarası

  • Fevral 27, 2026

    Ferdinand Bol

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst