Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tahir İsrafil oğlu İsayev (28 aprel 1922, Birinci Şıxlı, Qazax qəzası – 2001, Birinci Şıxlı, Qazax rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq M

Tahir İsayev

  • Ana Səhifə
  • Vikipediya
  • Tahir İsayev

Tahir İsrafil oğlu İsayev (28 aprel 1922, Birinci Şıxlı, Qazax qəzası – 2001, Birinci Şıxlı, Qazax rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı (1968).

Tahir İsayev
Doğum tarixi 28 aprel 1922
Doğum yeri Şıxlı, Qazax rayonu
Vəfat tarixi 2001 (78–79 yaşında)
Vəfat yeri
  • Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan
Dəfn yeri
  • Birinci Şıxlı
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "İgidliyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı Garibaldi Medal
"Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" döş nişanı

Mündəricat

Həyatı

Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 28 aprel 1922-ci ildə anadan olmuşdur. Müharibə cəbhəsində Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.

Döyüş yoldaşları "Serafino" adını ona atasının adına (İsrafil İsayev) uyğun olaraq vermişdilər. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz, leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir. O, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qaribaldi ulduzu", "Antonio Qramşi", "Banderi Kalori" ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşıdır. Tahir İsayev alman və italyan dillərini bilirdi.

1974-cü ildə çəkilən "Onun adı Serafino idi" filmi Tahir İsayevdən bəhs edir.

T. İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunmuşdur.

Ev-muzeyi

2001-ci ildə öldükdən sonra Tahir İsayevin Şıxlı kəndində yaşadığı ev muzeyə çevrilmişdir. Bir müddət onun həyat yoldaşı Cəvahir İsayeva ona məxsus şəxsi əşyalarına qulluq etsə də, o da öldükdən sonra ev baxımsız və qəzalı vəziyyətə düşmüşdür. Tahir İsayevə aid orden və medallar Qazax Tarix-Diyarşünaslıq Muzeyində qorunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tahir İsayev haqqında məlumat. Tahir İsayev nədir? Tahir İsayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəydili boyu

  • Fevral 27, 2026

    İtaliya Respublikası

  • Fevral 27, 2026

    Stereokimya

  • Fevral 27, 2026

    Əsgər Orucov

  • Mart 01, 2026

    Mario Balotelli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst