Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alaköz və

Tərtər çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Tərtər çayı

Tərtərçay — Kür çayının sağ qoludur. Kəlbəcər, Bərdə və Tərtər rayonları ərazisindən axır.

Tərtərçay
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Kəlbəcər rayonu
  • Ağdərə rayonu
  • Bərdə rayonu
  • Tərtər rayonu
Mənbəyi Qonqur, Alaköz və Mıxtökən
 • Yüksəkliyi 3120 m
Mənsəbi Kür
 • Yüksəkliyi 15 m
Uzunluğu 200 km
Meyilliyi 19 m/km
Su sərfi 23 m³/san
Su sistemi Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 2650 km²
Qolları Levçay, Ağdavançay, Turağayçay
Tərtərçay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Tərtərçay Azərbaycanın fiziki xəritəsində:

39°55′ şm. e. 45°58′ ş. u.HGYO

40°26′ şm. e. 47°18′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir. Başlıca qolları sol dan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır.Axımının 14%-i yağış, 28%-i qar, 58%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqınlar əmələ gətirir. Bu zaman illik axımının 65-70%-i keçir. Avqust-sentyabr aylarında çayda su azalır. Oktyabr-noyabr yağışları yenidən çayda kiçik daşqınlar yaradır.

Çayın orta illik su sərfi 22,0 kub m/san, illik axım həcmi isə 693,8mln kub m-dir. Bunun 31%-i yazda, 35%-i yayda, 20%-i payızda, 14%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyun, avqust aylarında) keçən axım illik axım həcminin 18-20%-ni təşkil edir. Orta illik asılı gətirmələr sərfi 7,35 kq/san, orta lillənməsi 334 q/kub m-dir. Aprel-may aylarında asılı gətirmələrin 50-80%-ə qədəri axıdılır. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Məşhur İstisu kurortu Tərtərçayın yuxarı axım hissəsindədir. Burada səthə çıxan İstisu mineral suyu tərkibinə görə Çexoslovakiyanın Karlovı Varı, Şimali Qafqazın Yessentuki mineral bulaqlarına oxşayır. Müalicə və çimmək üçün geniş istifadə edilir.

Tərtərçay üzərində suvarma, enerji məqsədləri üçün Sərsəng və Suqovuşan su anbarları tikilmişdir.

Həmçinin bax

  • Azərbaycan çayları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərtər çayı haqqında məlumat. Tərtər çayı nədir? Tərtər çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hinqar

  • Fevral 26, 2026

    Henri Hudzon

  • Fevral 27, 2026

    Pedofiliya

  • Fevral 27, 2026

    Adi durnabalığı

  • Fevral 27, 2026

    Xuan Laporta

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst