Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəz

İstisu kurortu

  • Ana Səhifə
  • Vikipediya
  • İstisu kurortu

İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib.

İstisu kurortu
İstisu sanatoriyası Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən sonra
İstisu sanatoriyası Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən sonra
Xəritə
Tipi kurort, sanatoriya
Yerləşir İstisu , Kəlbəcər , Azərbaycan Azərbaycan
Ünvan İstisu qəsəbəsi
Yaradılıb 1927
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Aşağı istisu, Mineral sudoldurma zavodu erməni işğalından sonra

İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub. İstisu isti, qaynar su deməkdir. Buradan çıxan sular hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium , brom, yod , mərgümüş , fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Bu suyun da əksəriyyəti çaylara axıb gedir.

Mirəli Qaşqaya görə İstisu öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir.

Aprel inqilabından sonra 1925-ci ildə Azərbaycan SSR Səhiyyə Komissarlığının nəzdində kurort bölməsi yaradılır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlığı Şurası tərəfindən respublikamızda müalicəvi yerlərin (kurortlar) təşkili barədə qərar qəbul olunur. 1927-ci ildə burada müalicə-istirahət mərkəzi olan İstisu kurortu fəaliyyətə başlayır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilir. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada yerləşən mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi.

İşğalı

27 mart 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən başlanan genişmiqyaslı hücum nəticəsində Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüşdür, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilmişdir İşğalçılar buradan çıxan müalicəvi mineral suyun adını dəyişərək "Cermux" adı ilə xarici ölkələrə satıblar.

Azad edilməsi

İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər o cümlədən də İstisu ərazisi işğaldan azad edilib.

Şəkillər

  • Yenidən qurulan İstisu Müalicə-İstirahət Mərkəzi
    Yenidən qurulan İstisu Müalicə-İstirahət Mərkəzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İstisu kurortu haqqında məlumat. İstisu kurortu nədir? İstisu kurortu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vayk

  • Fevral 24, 2026

    Vaşinqton

  • Fevral 27, 2026

    Məhərrəm Əlizadə

  • Fevral 28, 2026

    Samuel Hantinqton

  • Fevral 24, 2026

    Pandeizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst