Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təbəi-tabiin (ərəb. ‎تبع التابعين) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərdən sonra dünyaya gəlmiş ə

Təbəi-tabiin

  • Ana Səhifə
  • Vikipediya
  • Təbəi-tabiin

Təbəi-tabiin (ərəb. ‎تبع التابعين) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərdən sonra dünyaya gəlmiş ən xeyirli nəsil.

Mündəricat

Sünniliyə görə tərifi

Sünni İslama görə adamın Təbəi-tabiin olması üçün şərtlər aşağıdakılardır:

  • müsəlman olaraq ölmək,
  • ən azı bir tabiinlə görüşmüş olmaq,
  • Adil olmaq (Sünnilərə görə bu, Əhlis-Sünnə vəl-Camaatın əqidə və əməllərinə əməl etmək deməkdir).

Bu haqda Məhəmməd peyğəmbər demişdir:

"İnsanların ən yaxşısı mənim dövrümdə yaşayanlar, sonra onlardan sonra gələnlər (Tabiinlər) və daha sonra gələnlər (ikinci nəsil)."

Təbəi-tabiin nəsli

Bu nəsil İslamın olduğu kimi, səhabə və tabiindən sonrakı nəsillərə çatdırılmasında çalışmış və bu uğurda mübarizə aparmış bir nəsildir.

Təbəi-tabiin dövrü hədis təhəmmülü (red - hədisi təhrif etmədən nəqletmə) və hədis rəvayəti üsullarının ən mükəmməl formaya düşdüyü dövr sayılır. Bu dövrdə hədislər nizamlı olaraq toplanmış, eyni zamanda mövzulara görə bablara (red - bölmə) ayrılmış, təsnif edilmişdir. Bu haqda Raməhörmüzi bunları nəql edir:

"Bildiyimə görə hədisləri ilk təsnif edən şəxslər, Bəsrədə Rəbi ibn Subeyh, Səid ibn Ərubə, Yəməndə Xalid ibn Cəmil və Məmər ibn Rəşiddir. Məkkədə İbn Cüreyc, Kufədə isə Süfyan əs-Səvridir."

Bu perioda aid olub, dövrümüzə qədər gəlib çatan ən dəyərli musənnəf əsər Malik ibn Ənəsin "Muvatta" adlı əsəridir.

Səxaviyə görə təbəi-tabiin nəsli hicri 220-ci ildə başa çatmışdır.

Təbəi-tabiin nəsli bunlardır:

Böyük sünni imamlarından dördü:

  • Əbu Hənifə (Bəzilərinə görə Əbu Hənifə Ənəs ibn Maliki gördüyü, ondan və digər səhabələrdən hədislər nəql etdiyi üçün tabiin sayılır.)
  • İmam Şafii
  • Malik ibn Ənəs
  • Əhməd ibn Hənbəl
Digər təbəi-tabiilər:
  • Əbu Yusif
  • Məhəmməd əş-Şeybani
  • Abdullah ibn əl-Mübarək
  • Məhəmməd əl-Buxari
  • əl-Leys ibn Səd
  • Həmmad ibn Zeyd
  • Həmmad ibn Sələmə
  • Şöbə ibn Həccac
  • Məkki ibn İbrahim
  • Fudeyl ibn İyad
  • Davud ət-Tai
  • Cəfər Sadiq
  • Əvzai
  • Süfyan ibn Uyəynə
  • Süfyan əs-Səvri

Şiəlikdə Təbəi-tabiin

Şiəlikdə belə bir anlayış yoxdur.

Həmçinin bax

  • Tabiin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təbəi-tabiin haqqında məlumat. Təbəi-tabiin nədir? Təbəi-tabiin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramayana

  • Fevral 27, 2026

    Ssenari

  • Mart 01, 2026

    Anonim

  • Fevral 27, 2026

    Bəluclar

  • Fevral 26, 2026

    Britaniya adaları

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst