Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkan Şoray (28 iyun 1945, Əyyubsultan, İstanbul ili) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Tür

Türkan Şoray

  • Ana Səhifə
  • Vikipediya
  • Türkan Şoray

Türkan Şoray (28 iyun 1945, Əyyubsultan, İstanbul ili) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik".

Türkan Şoray
türk. Türkân Şoray
Doğum tarixi 28 iyun 1945(1945-06-28) (80 yaş)
Doğum yeri
  • Əyyubsultan, İstanbul ili, Türkiyə
Milliyyəti türk
Uşağı 1
Fəaliyyəti kinorejissor, kino aktrisası, aktrisa, ssenarist, müğənni
Fəaliyyət illəri 1960-cı ildən
Mükafatları Antalya Qızıl Portağal kinofestivalı
Ən yaxşı qadın roluna görə (1964, 1968, 1887, 1994)
Kimi sahəsində xidmətlərinə görə (1996)
IMDb ID0814734
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir. Şorayın bu aktrisalardan üstünlüyü onun həm də rejissorluq etməsidir. O, "Dönüş" (1972), "Əzab" (1973), "Bodrum Hâkimi" (1976), "İlanı Öldürsələr" (1981) və "Uzaqlarda" "Axtarma"(2015) filmlərini çəkmişdir.

Mündəricat

Həyatı və karyerası

Türkan Şoray İstanbulun Əyyubsultan səmtində dövlət məmurları ailəsinin ilk övladı olaraq dünyaya gəlib. Onun atası Xalid Şoray çərkəz əsilli, ana babası isə Salonikidən gələn türk köçkün idi. Ondan başqa ailənin daha iki qızı var idi: Nazan və Figen. Kiçik qızları dünyaya gələndən sonra Türkanın valideynləri boşandı və uşaqlar anası Melihə ilə qaldı.

Meliha Şoray Karagümrükdə mənzil kirayələyərək qızları ilə ora köçdü. Burada Türkan Fatih Qızlar Liseyini bitirdi. Türkan ailəsinin kirayədə qaldığı mənzilin sahibi Türkiyənin ilk aktrisalarından olan Emel Yıldız idi. Türkanı kinoya gətirəndə məhz Emel Yıldız oldu. O, Türkan Şorayı tezliklə müqavilə bağladığı Yeşilçam studiyasına gətirdi..

Onun çəkildiyi ilk film 1960-cı ildə "Kənddə bir qız sevdim" olmuşdur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadığı "Acı Həyat" filmi Şoraya ilk Qızıl Portağal mükafatını qazandırmışdır. Bu filmdə manikürçü Nərmin rolunu oynayan aktrisa üçün karyerasında əhəmiyyətli bir addım oldu. 1968-ci ildə Sait Faiq Abasıyanıkın "Bənövşə Vadisi" hekayəsindən ilhamlanaraq Safa Önalın yazdığı "Vesikalı Yarım" filmi ilə Şoray karyerasında ikinci "Qızıl Portağal" mükafatını qazandı.

1990-cı illərdə serial çəkilişlərinə diqqət yetirməyə başladı və bu işlərdən ən diqqət çəkən və uzun ömürlü olanları Şənər Şen ilə birlikdə oynadığı "İkinci Bahar" və Haluk Bilginerlə baş rol paylaşdığı "Tatlı Həyat" oldu.

Ümumilikdə o, 222 filmdə rol alıb. Türkan Şoray NTV-də yayımlanan və qonaqları ilə öz kino karyerasının müzakirə edildiyi ilk televiziya proqramı olan "Cinema Benim Aşkım"ı(2010–2011) təqdim etmişdir. Şoray proqramında kino aktyorları ilə kino karyerasından bəhs edirdi. Şoray programında sinema oyuncuları ile sinema kariyerini anlatmaktadır.

Şoray 2016-cı ildən Avrasiya Akademiyasının üzvüdür.

Filmoqrafiyası

Şəxsi həyatı

1983-cü ildə Türkan Cihan Ünalla ailə qurub, bu evlilikdən 21 oktyabr 1984-cü ildə qızları Yağmur dünyaya gəlib. Cütlük 1987-ci ildə boşanıb.

Kitabları

  • "tr:Sinemam ve Ben" (otobiyografi), Türkan Şoray, NTV Yayınları, 2012, İstanbul.

Musiqi albomları

  • tr:Türkan Şoray Söylüyor (2015)

Haqqında yazılan kitablar

  • "Türkân Şoray, Bir Yıldız Böyle Doğdu" (belgesel roman), tr:Agah Özgüç, Göl yayınları, 1974, İstanbul.
  • "Sümbül Sokağın Tutsak Kadını" (biyografi), tr:Atilla Dorsay, Remzi Kirabevi, 1997, İstanbul. ISBN 975-14-0612-9
  • "Türkân Şoray" (biyografi), Agah Özgüç, Açıkşehir yayınları, 2001, İstanbul. ISBN 975–93383-00
  • "Türkân Şoray ile Yüz Yüze", Feridun Andaç, Drahma yayınları, 2010, İstanbul.
  • "50 Yıllık Aşk — Türkan Şoray", Ercan Akarsu, Esen kitap, 2014, İstanbul. ISBN 978-605-4609-40-6
  • "Sinema Emekçisi — Türkan Şoray", Ercan Akarsu, Esen Kitap, 2015, İstanbul. ISBN 978-605-4609-67-3
  • "Türkan Şoray Sinemasında Kadın İmgesi", Burak Süme, İkinci Adam Yayınları, 2016, İstanbul ISBN 978-605-306-127-4

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkan Şoray haqqında məlumat. Türkan Şoray nədir? Türkan Şoray nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yelisey

  • Fevral 24, 2026

    4 sentyabr

  • Mart 01, 2026

    Alfred Radklif-Braun

  • Fevral 27, 2026

    Vinson massivi

  • Fevral 27, 2026

    Tolvayarvi döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst