Filiz Akın (2 yanvar 1943, Ankara – 21 mart 2025, İstanbul) — Türkiyəli kinoaktrisa.
| Filiz Akın | |
|---|---|
| türk. Filiz Akın | |
| |
| Doğum adı | Suna Akın |
| Doğum tarixi | 2 yanvar 1943 |
| Doğum yeri | |
| Vəfat tarixi | 21 mart 2025 (82 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Fəaliyyəti | model[d], kino aktrisası |
| Fəaliyyət illəri | 1962–2025 |
| Təhsili |
|
| IMDb | ID0015360 |
Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.
Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə "Artist" jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ünün təkidi ilə "Akasyalar Açarken" filmi üçün kamera qarşısına keçməyə razılıq verir. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başlayır. 1964-cü ildə "Qadın bərbər" filminin çəkiliş meydanında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evlənir. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlir. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoyla vidalaşır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Filiz Akın haqqında məlumat. Filiz Akın nədir? Filiz Akın nə deməkdir?
