Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi.

Səmin Bağçaban

  • Ana Səhifə
  • Vikipediya
  • Səmin Bağçaban

Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi.

Səmin Bağçaban
Ümumi məlumatlar
Doğum tarixi 24 sentyabr 1923(1923-09-24)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 19 mart 2008(2008-03-19) (84 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Həyat yoldaşı
  • Evelin Bağçaban
Atası Cabbar Əsgərzadə
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dilçi, şair, tərcüməçi, yazıçı
Fəaliyyət illəri 1944-cü ildən
Təhsili
  • Hacəttəpə Universiteti Ankara Dövlət Konservatoriyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür.

Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir.

2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.

Təhsili

Atasının işlərinə görə müxtəlif şəhərlərdə yaşamış Səmin Bağçaban ilk və orta təhsilini də müxtəlif şəhərlərdə almışdır. İlk musiqi təhsilinə Tehran Musiqi Konservatoriyasında almışdır. 1944-cü ildə Ankara Dövlət Konservatoriyasında təqaüdlə təhsil alma şansı qazanmışdır. Buradakı təhsilini bitirdikdən sonra 1949-cu ildə İrana geri dönmüş və Konservatoriyada dərs deməyə başlamışdır. Gələcək həyat yoldaşı və opera müğənnisi Evelin Bağçabanla da burada təhsil alarkən tanış olmuşdur.

Bəstələri

Karyerası ərzində İran xalq musiqisi və mifologiyası ilə bağlı bir çox bəstələri olmuşdur. Ən məşhur əsəri Rangin Kamoon (Göyqurşağı) adlanır. Bu əsər uşaqlar üçün kompozisiyaların kolleksiyalarından (xor və orkestr şəklində) ibarətdir. Səmin Bağçaban bu əsəri 1978-ci ildə Vyanada bəstələmişdir. Digər bəstələri:

  • Səs və piano üçün İran bəstələri

4 hissədən ibarətdir:

  1. Rübai No. 1: Do Zolfoonet (Sənin iki hörüyün) (1950), mətin: Baba Tahir (XI əsr fars şairi),
  2. To Ra Mikham (Mən səni istəyirəm), mətin: folklor,
  3. Sorood-e Saba (Səbanın nəğməsi) (1956), mətin Sədi (XIII əsr fars şairi),
  4. Gahvareh-ye Khali (Boş beşik) (1957), mətn: bəstəkarın özü.

Bu əsər 2018-ci ildə, bəstəkarın 10-cu ildönümü münasibətilə nəşr edilmişdir.

  • Sholeyl (orkestr üçün)
  • Boumivar (orkestr üçün)
  • Chaharshanbeh-Souri

Bağçaban müxtəlif İran folk musiqisini xor oxumaq üçün bəstələmişdir. Onun bu bəstələrinin bəziləri Tehran Xoral qrupu və Fərah Xor qrupu tərəfindən 1960–1970-ci illərdə oxunmuşdur.

Ədəbi yaradıcılığı

1948–1979-cu illər ərzində Bağçaban bəstəkar fəaliyyəti ilə yanaşı, həmçinin xüsusi kitabların tərcüməsi ilə məşğul olmuş və özü də əsərlər yazmışdır. Türk müəlliflərdən Nazim Hikmət, Yaşar Kamal və Aziz Nesindən tərcümələr etmiş və İran cəmiyyətini onlarla tanış etmişdir.

1963-cü ildə Lili Ahi, Turan Mirhadi, Abbas Yamini Şərifi kimi təhsil metodistləri və müəllimləri ilə birlikdə İran Uşaq Ədəbiyyatı Şurasını yaratmışdır. Bu şuranı yaratmaqda məqsəd isə İranda uşaq ədəbiyyatını təkmilləşdirmək olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səmin Bağçaban haqqında məlumat. Səmin Bağçaban nədir? Səmin Bağçaban nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Özbəkistan SSR

  • Fevral 27, 2026

    Əbdürrəhman Dai

  • Fevral 27, 2026

    Arxiv proqramları

  • Fevral 27, 2026

    Berkli (Kaliforniya)

  • Fevral 27, 2026

    Bolşevik adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst