Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir x

Sumax xalçası

  • Ana Səhifə
  • Vikipediya
  • Sumax xalçası

Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça.

Xalça
Sumax xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Şirvan xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Şirvan
Kənd Şilyan
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Üslubu Şilyan və ya "Pətək"
Digər məlumatlar
Material Yun

Mündəricat

Ümumi məlumat

Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir.

Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir. Beləliklə, xalçanın astar hissəsi qalın tüklü olur.

Bədii analiz

"Sumax" xalçaları xovsuz xalçaların digər növləri ilə müqaysidə daha gec icad olunmuşdu. Yarandığı ilkin dövrlərdə "sumax" xalçaları sərbəst kompozisiyaya malik olmasına baxmayaraq, XVIII–XX əsrdə "sumax" xalçalarında Şirvan, Quba, Qarabağ və Gəncənin xovsuz xalçalarından götürülən kompozisiya və naxışlar təkrarlanmağa başlayır.

Texniki xüsusiyyətlər

"Sumax" xalçalarının texniki xüsusiyyəti onların zəngin kompozisiya və rəngə malik olmasındadır. Zəngin və müxtəlif üslüblaşdırılmış bitki motivləri, iri altıüzlü, kvadrat, romb formalı medalyonlar kimi həndəsi elementlər "sumax" xalçalarına bayram təravəti verir. Bu xalçaların ənənəvi naxışı xalq arasında "dolan-qaç" adı kimi tanınan və demək olar ki, bütün "sumax" xalçalarında tətbiq olunan dalğavari rəsmli çox kiçik haşiyədir.

Sumaxlar adətən böyük ölçüdə (2x3 və ya 4 metr) toxunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sumax xalçası haqqında məlumat. Sumax xalçası nədir? Sumax xalçası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İzmit

  • Fevral 27, 2026

    Təbaşir

  • Fevral 27, 2026

    Nayrobi

  • Fevral 27, 2026

    Baş Qafqaz

  • Fevral 27, 2026

    Kişmiş

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst