Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Argentina Respublikasının gerbi (ispanca: Escudo de armas de la República Argentina) 1944-cü ildə təsdiqlənmişdir. Əslində isə onun bir qədər fərqli forması 181

Argentinanın gerbi

  • Ana Səhifə
  • Vikipediya
  • Argentinanın gerbi

Argentina Respublikasının gerbi (ispanca: Escudo de armas de la República Argentina) 1944-cü ildə təsdiqlənmişdir. Əslində isə onun bir qədər fərqli forması 1813-cü ildə Baş Təsis Məclisinin möhürü olmuşdur.

Gerbin dizaynının kimə məxsus olması bilinməsə də, burada əsasən 3 nəfərin - Alvear, Monteagudo və Vieytesin adı çəkilir. Lakin bundan bir neçə il əvvəl prezident Bernardino Rivadavianın Perulu Antonio Isidoro Castrodan Argentina gerbi hazırlamağını istəməsi məlumdur. O dövrdə hələ, gerblər bayraqların üzərində göstərilmirdi, Buenos Ayres doğumlu hərbi lider Manuel Belgrano gerbi bayrağın üzərinə çəkməyi əmr etdi və həmin bayrağı San Salvador de Jujuy şəhərinə verdi.

Gerbin zirvəsində qızılı-sarı rəngli May günəşini görə bilərik. Bu həm də Argentinanın bayrağında öz əksini tapmışdır. Doğan günəş Argentinanın yüksəlişini simvolizə edir. Argentinanın himninin ilk versiyasında da deyildiyi kimi, "yeni və şanlı bir millət yerin səthindən yüksəlir" ("se levanta a la faz de la tierra una nueva y gloriosa nación"). Gerbin mərkəzində təsvir olunan iki əl Argentinanın müxtəlif əyalətlərinin birləşməsini, həmrəyliyi təmsil edir. Əllərin birləşdiyi hissədə yerləşən nizə (çubuq) gücü və nizənin başında yerləşən Firigiya papağının əks etdirdiyi azadlığı qorumaq istəyini simvolizə edir. Gerbdə yer alan Firigiya papağı Fransız inqilabında olduğu kimi qırmızı rəngdədir.* Mavi və ağ rənglər bayraqda da olduğu kimi Argentina səmasını özündə əks etdirir.

Maraqlı fakt

  • "Smurfs" ("Şirinlər") cizgi filmində bütün şirinlər ağ Firigiya papağı taxdığı halda, Şirin Baba qırmızı Firigiya papağı taxır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Argentinanın gerbi haqqında məlumat. Argentinanın gerbi nədir? Argentinanın gerbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Viki

  • Fevral 23, 2026

    14 dekabr

  • Fevral 24, 2026

    Serb Respublikası

  • Fevral 24, 2026

    Kompüter proqramları

  • Fevral 21, 2026

    Danimarka kronu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst