Stüartlar sülaləsi (ing. House of Stuart; şot.kelt Hoose o Stuart) — İngiltərə, Şotlandiya, İrlandiya və Böyük Britaniya krallığında hökmran olmuş monarx ailəsi.
| Stüartlar | |
|---|---|
| |
| Ölkə | İngiltərə krallığı Şotlandiya krallığı İrlandiya Böyük Britaniya krallığı |
| Banisi | II Robert |
| Sonuncu hökmdar | Anna Stüart |
| Əsası qoyulub | 22 fevral 1371 |
| Soyun kəsilməsi | 13 iyul 1807 |
Ailənin adı banisi olan Volter Fitzalanın əlində tutduğu və Şotlandiya siyasi tarixindəki ən yüksək vəzifə olan Şotlandiya Yüksək Vəkili (ing. High Steward of Scotland) ünvanından alınmışdır. Sülaləyə mənsub ilk monarx 1371-ci ildə Şotlandiya kralı olan II Robert oldu. Onun şəcərəsindən olan Şotlandiya kralı IV Ceymsin 1503-cü ildə İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsiylə iki krallıq arasında qohumluq əlaqəsi yaradıldı və onların gələcəkdə birləşdirilməsinə yol açdı. Belə ki, Marqaritanın qardaşı qızı olan I Elizabetin 1603-cü ildə geridə varis qoymadan vəfat etməsinin ardından, taxt-tac Marqaritanın nəticəsi olan Şotlandiya kralı VI Ceyms sahibləndi. Beləliklə, Şotlandiya, İngiltərə və İrlandiya eyni monarxın hakimiyyəti altında birləşdi və 1714-cü ildə kraliça Anna Stüartın vəfatınadək hər krallıq da Stüartların hakimiyyəti altında qaldı.
Kraliça Anna Stüartın geridə rəsmi varis qoymadan 1714-cü ildə vəfat etməsiylə, taxt-tac Hannover sülaləsinin əlinə keçdi. Üstəlik, taxta çıxarılan I Georq da VI Ceymsin qızı Bohemiya kraliçası Yelizavetanın nəvəsi idi.
Taxtdan devrilməsinin ardından Fransaya qaçan II Ceymsin şəcərəsindən olanlar uzun illər taxt iddialarını davam etdirsələr də, 1807-ci ildə ailənin bu qolunda kişi şəcərəsinin soyu kəsildi. Yakobitizm hərəkatı olaraq bilinən bu taxt iddiaları da bu tarixdən etibarən sona çatdı.
Monarxların siyahısı
Şotlandiya kralları
| Sıra | Monarx | Səltənət illəri | Taxt hüququ | |
|---|---|---|---|---|
| 1. | II Robert 1316-1390 (74 yaş) | ![]() | 22 fevral 1371 – 19 aprel 1390 |
|
| 2. | III Robert 1337-1406 (69 yaş) | ![]() | 19 aprel 1390 – 4 aprel 1406 |
|
| 3. | I Ceyms 1394-1437 (42 yaş) | ![]() | 4 aprel 1406 – 21 fevral 1437 |
|
| 4. | II Ceyms 1430-1460 (29 yaş) | ![]() | 21 fevral 1437 – 3 avqust 1460 |
|
| 5. | III Ceyms 1451-1488 (36 yaş) | ![]() | 3 avqust 1460 – 11 iyun 1488 |
|
| 6. | IV Ceyms 1473-1513 (40 yaş) | ![]() | 11 iyun 1488 – 9 sentyabr 1513 |
|
| 7. | V Ceyms 1512-1542 (30 yaş) | ![]() | 9 sentyabr 1513 – 14 dekabr 1542 |
|
| 8. | Mariya Stüart 1542-1587 (44 yaş) | ![]() | 14 dekabr 1542 – 24 iyul 1567 |
|
| 9. | VI Ceyms 1566-1625 (58 yaş) | ![]() | 24 iyul 1567 – 27 mart 1625 |
|
İngiltərə, Şotlandiya və İrlandiya kralları
| Sıra | Monarx | Səltənət illəri | Taxt hüququ | |
|---|---|---|---|---|
| 1. | I Ceyms 1566-1625 (58 yaş) | ![]() | 24 mart 1603 – 27 mart 1625 |
|
| 2. | I Karl 1600-1649 (48 yaş) | ![]() | 27 mart 1625 – 30 yanvar 1649 |
|
| 3. | II Karl 1630-1685 (54 yaş) | ![]() | 2 may 1660 – 6 fevral 1685 |
|
| 4. | II Ceyms 1633-1701 (67 yaş) | ![]() | 6 fevral 1685 – 23 dekabr 1688 |
|
| 5. | II Mariya 1662-1694 (32 yaş) | ![]() | 13 fevral 1689 – 28 dekabr 1694 |
|
| 6. | III Vilhelm 1650-1702 (51 yaş) | ![]() | 13 fevral 1689 – 8 mart 1702 |
|
| 7. | Anna Stüart 1665-1714 (49 yaş) | ![]() | 8 mart 1702 – 1 avqust 1714 |
|
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stüartlar haqqında məlumat. Stüartlar nədir? Stüartlar nə deməkdir?


