Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.
| Stiv Karell | |
|---|---|
| ing. Steve Carell | |
![]() Stiv Karell 2014-cü ildə | |
| Doğum adı | Steven John Carrell |
| Doğum tarixi | 16 avqust 1962 (63 yaş) |
| Doğum yeri |
|
| Həyat yoldaşı |
|
| Uşağı | 2 |
| Fəaliyyəti | aktyor, telerejissor, komediyaçı, televiziya prodüseri[d], xarakter aktyoru, ssenarist, kino aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d], film prodüseri, kinorejissor |
| Fəaliyyət illəri | 1989-cu ildən |
| IMDb | ID0136797 |
Həyatı
Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub. O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur. Onun dayısı Stenli Koç alim Allen B. DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir. Onun atasının soyadı Karoselli olmuşdur lakin o, 1950-ci illərdə bunu dəyişdirərək Karell etmişdir.
Filmoqrafiya
- Qüdrətli Brüs (2003)
- Ofis (2005–2011; 2013)
- The 40-Year-Old Virgin (2005)
- Balaca günəş işığı (2006)
- Over the Hedge (2006)
- Qüdrətli Evan (2007)
- Get Smart (2008)
- Date Night (2010)
- Mən yaramazam (2010)
- Horton kimi eşidir? (2010)
- Crazy, Stupid, Love (2011)
- Seeking a Friend for the End of the World (2012)
- Mən yaramazam 2 (2013)
- Yol, qayıdış yolu (2013)
- Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day (2014)
- Foxcatcher (2014)
- Minyonlar (2015)
- The Big Short (2015)
- Mən yaramazam 3 (2017)
- Gözəl oğlan (2018)
- Vice (2018)
- Minyonlar: Qrüvitasiya (2022)
- Asteroid City (2023)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stiv Karell haqqında məlumat. Stiv Karell nədir? Stiv Karell nə deməkdir?
