Stüard (qadınlar üçün: stüardessa) və ya təyyarə bələdçisi — təyyarələrdə sərnişinlərə qulluq etmək üçün ekipajın sıravi üzvü. Sərnişinlərə yemək və su verir, onlara təhlükəsizlik qaydalarını izah edir və rahatlığı təmin edir. Bundan əlavə, gəmilərdə də stüardlar olur.
Hərbi aviasiyada bu vəzifəni ekipaj üzvlərindən biri: borttexnik, bortmexanik və ya operator yerinə yetirir.
Təyyarələrdə stüard və stüardessaların istifadə tarixi
İlk dövrdə təyyarələrdə sərnişinlərə qulluqla ikinci pilot məşğul olurdu, ancaq bu uçuş üçün təhlükəli idi. 1928-ci ildə Almaniyada ekipaja xüsusi işçi – stüard əlavə etdilər.
1930-cu ildə ABŞ-də stüard kimi qızları cəlb etməyi təklif etdilər. Birincisi, qızlar özlərinin xarici görünüşləri ilə təyyarələri reklam edə bilirdilər. İkincisi isə, qızlar çəkicə az olurdular ki, bu isə təyyarənin az yük götürməsinə şərait yaradırdı. Aviasiya tarixində ilk dəfə 15 may 1930-cu ildə San-Fransiskodan Ellen Çerç qadın stüard kimi uçuş etdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stüard haqqında məlumat. Stüard nədir? Stüard nə deməkdir?