Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992).
| Aydın Əzizbəyov | |
|---|---|
| 13 fevral 1992 – 6 mart 1992 | |
| Prezident | Ayaz Mütəllibov |
| Baş nazir | Həsən Həsənov |
| 5 fevral 1991 – 22 may 1992 | |
| Əvvəlki | qurumun adı dəyişdirilib |
| Sonrakı | Fərrux Zeynalov (material ehtiyatları naziri kimi) |
| 10 mart 1989 – 5 fevral 1991 | |
| Əvvəlki | Rəhim Hüseynov |
| Sonrakı | qurumun adı dəyişdirilib |
| 26 yanvar 1983 – 10 mart 1989 | |
| Sədr | Rəhim Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1945 (80–81 yaş) |
| Partiya |
|
| | |
| Təltifləri | |
Həyatı
Aydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur. İxtisasca mühəndis-energetikdir.
Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir.
Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.
Həmçinin bax
- Azərbaycan SSR hökuməti (1985–1991)
- I Azərbaycan hökuməti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydın Əzizbəyov haqqında məlumat. Aydın Əzizbəyov nədir? Aydın Əzizbəyov nə deməkdir?