Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Litavra — açıq tərəfi dəri və ya plastiklə örtülmüş, alt hissəsində dəlik ola bilən, iki-yeddi metal qazan formalı sistemdən ibarət, müəyyən bir səs yüksəkliyin

Litavra

  • Ana Səhifə
  • Vikipediya
  • Litavra

Litavra — açıq tərəfi dəri və ya plastiklə örtülmüş, alt hissəsində dəlik ola bilən, iki-yeddi metal qazan formalı sistemdən ibarət, müəyyən bir səs yüksəkliyinə malik zərb aləti.

Litavra
Təsnifat zərb aləti
Hornbostel–Zaks təsnifatı 211.11-922
Mənşə ölkəsi Avropa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Litavra qədim mənşəli bir alətdir. Avropada müasir litavralara formaca bənzər, lakin sabit köklü litavralar XV əsrin əvvəllərində məlum olmuşdur. Pretoriusun "Musiqinin Quruluşu" ("Syntagma musicum", "De Organographia"nın II hissəsi, 1619) traktatında litavralar "dəhşətli gurultulu lülələr" ("ungeheure Rumpelfässer") kimi adlandırılır. XVII əsrdən bəri litavralar orkestrlərin bir hissəsi olmuşdur. Sonradan gərginlik vinti mexanizmi hazırlanmışdır ki, bu da litavraların köklənməsini tənzimləməyə imkan vermişdir. Əksər litavralarda altı-səkkiz gərginlik çubuğu var. Hərbi yürüşlərdə litavralar ağır süvarilər tərəfindən istifadə olunurdu və burada onlar döyüş əmr siqnallarını ötürmək, xüsusən də süvari dəstəsini istiqamətləndirmək üçün istifadə olunurdu. Müasir litavralar xüsusi pedaldan istifadə edərək müəyyən bir səsə köklənə bilər.

Qədim dövrlərdə litavra ifaçıları böyük nüfuza malik idilər.

Əslində onlar Mesopotamiya dövründən, eramızdan əvvəl 3-cü minillikdən başlayaraq məlum olan qədim bir alətdir. Bu alət Şimali Hindistanda, İranda və digər ərəb ölkələrində nağara adı ilə, eləcə də bəzi Afrika ölkələrində geniş yayılmışdır. Litavralar bir çox mədəniyyətlərdə ritual və mərasim alətidir. Nağara adlanan kiçik, əkiz litavralar bir sıra Asiya və Afrika ölkələrində geniş yayılmışdır. Onlar at və ya dəvə minərkən çalınırdı.

Oxşar əkiz hərbi litavralar Rusiyada təxminən XI-XII əsrlərdə yayılmışdır. Onlara "naqras" deyilirdi. Onlar Qərbi Avropada XIII əsrdən, böyük litavralar isə XV-XVI əsrlərdən məlumdur.

XVII-XVIII əsrlərdə litavralar Avropa ansambl və orkestr musiqisinin bir hissəsinə çevrilmişdir. Bu litavraların mis gövdəsi və dəri membranı, XX əsrdən isə plastik membranı var idi. Zamanla orkestrdəki litavraların sayı tədricən 2-dən 4-ə və ya daha çoxa dəyişdi. Simfonik orkestrdə adətən onların sayı 3-4 olur.

Ədəbiyyat

  • Adler, Samuel. The Study of Orchestration. W. W. Norton & Company, 3rd edition, 2002. ISBN 0-393-97572-X
  • Del Mar, Norman. Anatomy of the Orchestra. University of California Press, 1984. ISBN 0-520-05062-2
  • Ferrell, Robert G. "Percussion in Medieval and Renaissance Dance Music: Theory and Performance". 1997. Retrieved 22 February 2006.
  • Montagu, Jeremy. Timpani & Percussion. Yale University Press, 2002. ISBN 0-300-09337-3
  • Peters, Mitchell. Fundamental Method for Timpani. Alfred Publishing Co., 1993. ISBN 0-7390-2051-X
  • Solomon, Samuel Z. How to Write for Percussion. Published by the author, 2002. ISBN 0-9744721-0-7
  • Thomas, Dwight. Timpani: Frequently Asked Questions. Retrieved 4 February 2005.
  • . Composer John Beal. Retrieved 21 May 2006.
  • "Timpanist – Musician or Technician?". Cloyd E. Duff, Principal Timpani – retired – Cleveland Orchestra.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Litavra haqqında məlumat. Litavra nədir? Litavra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lirik növ

  • Fevral 10, 2026

    Hülakü xan

  • Fevral 27, 2026

    Xızır xan

  • Mart 01, 2026

    Bernhard Riman

  • Fevral 24, 2026

    Proterozoy

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst