Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Spasskaya qülləsi (rus. Спасская башня) — Qırmızı meydana hakim olan, Kremlin şərq hissəsində yerləşən, sərbəst keçid divarı ilə əhatələnmiş əsas qüllədir.

Spasskaya qülləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Spasskaya qülləsi

Spasskaya qülləsi (rus. Спасская башня) — Qırmızı meydana hakim olan, Kremlin şərq hissəsində yerləşən, sərbəst keçid divarı ilə əhatələnmiş əsas qüllədir.

Spasskaya qülləsi
rus. Спасская башня
Ölkə  Rusiya
Şəhər Moskva, Rusiya
Yerləşir Tversk rayonu[d]
Memar Pietro Antonio Solari
Tikilmə tarixi 1491
Üslubu qotik
Hündürlüyü 71 m
Rəsmi sayt kreml.ru/ru/kremlin/towe…
55°45′24″ şm. e. 37°37′24″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Spasskaya Qülləsi 1491-ci ildə italyan memar Pietro Antonio Solari tərəfindən tikilmişdir. İlk vaxtlarda o Kremlində yerləşən Flor və Lavr kilsəsindən sonra Frolovskaya qalası kimi adlanırdı. Qalanın müasir adı Spas Nerukotvornı (Xilaskar) adlı ikonadan gəlir ki, bu da 1658-ci ildə divarın daxilində olan qapıların üzərində yerləşirdi (1917-ci ildə götürülmüşdür) və divarın üzərində Spas Smolenski (Smolenski xilaskarı) təsvir edilmişdir ki, məhz bu divar 16-cı əsrdə qalanın xarici divarı kimi (1937-ci ildə onun üzəri suvanmış amma 2010-cu ildə yenidən tməmir edilərək üzəri açılmışdır) inşa edilmidşir.

Spasskaya Qülləsi tac bölməsində çardaq olan ilk tikililərdən biri idi ki, bu 1624–1625-ci illərdə şotland memar Xristofer Qalovey və Bajen Oqurtsov tərəfindən təməli qoyulmuşdur. Bir neçə tarixi hesablara görə Spasskaya Qülləsinin üzərində olan saat 1491-1585-ci illər aralığında peyda olmuşdur. Adətən bu Kremlin zəngi kimi adlandırılır və rəsmi olaraq Moskva vaxtını təyin edir. Saatın diametri 6 metrdir.

Çar üçün hörmət və pərəstiş

Qülləsnin qapıları Çar dövründə Kremlin daxilinə yeganə giriş idi. Məhz o dövrdə kimsə qapılardan içəri keçmiş və onların baş geyimlərini çıxararaq atları sökmüşdür. Bu ənənə sovet dövründə dəyandırıldı.

Spasskaya Qalası gecə vaxtı

Spasskaya qülləsi üzərindəki yazı

Qalanın darvazasının üzərində bu yazı həkk edilmişdir (Latın dilində) : IOANNES VASILII DEI GRATIA MAGNUS DUX VOLODIMERIAE, MOSCOVIAE, NOVOGARDIAE, TFERIAE, PLESCOVIAE, VETICIAE, ONGARIAE, PERMIAE, BUOLGARIAE ET ALIAS TOTIUSQ(UE) RAXIE D(OMI)NUS, A(N)NO 30 IMPERII SUI HAS TURRES CO(N)DERE F(ECIT) ET STATUIT PETRUS ANTONIUS SOLARIUS MEDIOLANENSIS A(N)NO N(ATIVIT) A(TIS) D(OM)INI 1491 K(ALENDIS) M(ARTIIS) I(USSIT) P(ONERE).

Sovet Ittifaqı və Müasir dövrdə istifadəsi

Sovet İttifaqı qurulandan sonra İosif Stalin 1935-ci ildə Spasskaya Qülləsinin başlığında yerləşən ikibaşlı qartalı götüzdürərək onu qırmızı ulduz ilə əvəzlədi. Çünki o, Çar dövrünə aid hər şeyi ləğv etmək istəyirdi. Qüllənin uzunluğu ulduz ilə birlikdə 71 metrdir.

Maşınlar kəllələrin olduğu yerdən darvazalara yaxınlaşırdı və yol Mərkəzi Universal Mağazanın yanında yerləşirdi. Bütün digər nəqliyyatlar isə Borovistki darvazasından içəri daxil olurdu.

Bəzi kilsələr müxtəlif zamanlarda hər hansı digər hökumət binaları üçün otaqların tikintisi məqsədilə sökülmüşdür. Kremlin 1961-ci ildə muzeyə çevrilmiş və 1999-cu ildə Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Sovet kosmanavtı Yuri Qaqarinin qızı Yelena Qaqarina hal-hazırda muzeyin direktorudur.

Spasskaya darvazası kommunizmin çökməsindən sonra ortaya bir məsələ çıxardı. Yeni kapitalist və bazar iqtisadiyyatında minik maşınlarının hərəkəti üçün nəzərdə tutulmuş dəhliz Mərkəzi Universal Mağazaya və digər ticarət mərkəzlərinə gələn piyadaların axını nəticəsində dağılmşdır. Baxmayaraq ki, əslində hər gün azsaylı minik maşınları məhz bu darvazadan içəri daxil olurlar. 1999-cu ildə, qərara alınmış yeni qaydaya görə darvaza bütün nəqliyyat vasitələri üçün qapalı elan edildi. İşıqforlar və qoruyucu platforma isə hələ də qalmaqdadır. Darvaza nadir hallarda Borovistki darvazasının təmiri dövründə istifadə edilir. Lakin bu halda bütün nəqliyyat Vasilievski yoluna yönəldilir. İndiki zamanda darvazalar qələbə paradı, inaqurasiya mərasimi və yeni il ilə əlaqədar gətirilmiş ağacın qəbulu zamanı açılır.

Spasskaya Qülləsi həmçinin beynəlxalq hərbi musiqi festivalı olan "Spasskaya Qülləsi"nın keçirildiyi məkandır.

2010-cu ilin avqustunda Smolensk Xilaskarı ikonasının üzəri açılmış və darvazanın üstündə təmir edilmişdir.

  • Spasskaya qülləsi 1880-ci ildə
    Spasskaya qülləsi 1880-ci ildə
  • Spasskaya qülləsi
    Spasskaya qülləsi
  • Kremlin ulduzu (Spasskaya qülləsi)
    Kremlin ulduzu (Spasskaya qülləsi)
  • Sovet markasının üzərində təsvir edilmiş Spasskaya qülləsi.
    Sovet markasının üzərində təsvir edilmiş Spasskaya qülləsi.
  • Smolensk xilaskarı
    Smolensk xilaskarı
  • İkonanın müqəddəsləşdirmə mərasimi Avqust, 2010.
    İkonanın müqəddəsləşdirmə mərasimi Avqust, 2010.
  • Qüllənin Kremlində yerləşməsi dairə ilə işarə olunmuşdur.
    Qüllənin Kremlində yerləşməsi dairə ilə işarə olunmuşdur.
  • Kremlin saatı
    Kremlin saatı
  • Spasskaya qülləsi təmirdən sonra (2015)
    Spasskaya qülləsi təmirdən sonra (2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Spasskaya qülləsi haqqında məlumat. Spasskaya qülləsi nədir? Spasskaya qülləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Funksional

  • Fevral 23, 2026

    Holosen təqvimi

  • Fevral 17, 2026

    Mübariz İbrahimov

  • Fevral 27, 2026

    Zingiberaceae

  • Fevral 25, 2026

    Köniqsberq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst