Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], RSFSR, SSRİ – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
| Yuri Qaqarin | |
|---|---|
| rus. Юрий Алексеевич Гагарин | |
| |
| Doğum tarixi | 9 mart 1934[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 27 mart 1968[…] (34 yaşında) |
| Vəfat səbəbi | aviasiya qəzası[d] |
| Dəfn yeri |
|
| Milliyyəti | rus |
| Təhsili |
|
| Fəaliyyəti | pilot, kosmonavt, zabit, siyasətçi, tədqiqatçı-səyyah[d] |
| Partiyası |
|
| Mükafatları | |
![]() | |
Həyatı
Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.
1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.
Filateliya və numizmatika
Azərbaycan poçt markası (2001).
Gagarinin səyahətinin şərəfinə 1964-cü il Sovet poçt markası.
SSRİ poçt bloku, 1976.
SSRİ poçt markası, 1977.
Yu.A. Qaqarinin anadan olmasının 75 illiyi üçün poçt markası əvvəllər dərc olunmamış bir fotoşəkil ilə.
Qaqarinin təsviri ilə 2001-ci il Rusiya on rublluq sikkəsi.
"İnsanın kosmosa ilk uçuşunun 50 ili", Rusiya, 2011.
1000 rubl dəyərində xatirə qızıl sikkə, insanın kosmosa ilk uçuşunun 50 illiyi üçün zərb edilmişdir.
Xatirə nişanı, Ukrayna, 2011
Belarus poçt markası, 2011.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Qaqarin haqqında məlumat. Yuri Qaqarin nədir? Yuri Qaqarin nə deməkdir?
