Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Soltanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. Araz düzündə, Cəbrayıl şəhərindən 14 km cənubda yerləşir.

Soltanlı (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Soltanlı (Cəbrayıl)

Soltanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. Araz düzündə, Cəbrayıl şəhərindən 14 km cənubda yerləşir.

Soltanlı
39°15′41″ şm. e. 47°02′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 240 m
Saat qurşağı
  • UTC+04:00
Soltanlı xəritədə
Soltanlı
Soltanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Kəndin adı şahsevənlarin soltanlı tirəsinin adı ila əlaqədardır. Xalq arasında bəzən kənd Böyük Soltanlı da adlanır. Həmçinin kənd Cəbrayılın ikinci ən böyük kəndidir.

Tarixi

Rusiya İmperiyası dövründə Soltanlı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun eyniadlı kənd sovetliyinə daxil idi.

Birinci Qarabağ müharibəsində kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuş və məhv edilmişdir.

19 oktyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Soltanlı kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, kəndin ərazisində güclü istehkamların mövcudluğu səbəbindən Soltanlı uğrunda şiddətli döyüşlər bir neçə gün davam etmişdir.

30 oktyabr 2020-ci ildə "Soltanlı" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

2022-ci ilin may ayında kənddə dəmir yolu stansiyasının inşasına başlanılmışdır.

İşğal dövründə kənd tamamilə dağıdıldığı üçün 24 noyabr 2023-cü ildə burada yeni kəndin təməli qoyulmuşdur. Təməlqoyma mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Naziri Péter Szijjártó, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycanın Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak etmişdir.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Soltanlı kənd dairəsinin Soltanlı kəndində 75 ev var idi və burada 416 azərbaycanlı yaşayırdı, bunlar dini baxımdan şiə idilər, onlardan 13-ü ruhani nümayəndəsi, digərləri isə kəndlilər idi.

1912-ci il Qafqaz Təqviminə görə, Qaryagin qəzasının Soltanlı kəndində 456 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.

1983-cü ildə kənddə 1885 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi, pambıqçılıq, üzümçülük və ipəkçiliklə məşğul olurdu.

Şəkillər

  • Soltanlı kəndində avtobus dayanacağının qalıqları (2014)
    Soltanlı kəndində avtobus dayanacağının qalıqları (2014)
  • Soltanlı kəndində avtobus dayanacağının qalıqları (2014)
    Soltanlı kəndində avtobus dayanacağının qalıqları (2014)
  • Soltanlı kəndində İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə (2014)
    Soltanlı kəndində İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə (2014)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Soltanlı (Cəbrayıl) haqqında məlumat. Soltanlı (Cəbrayıl) nədir? Soltanlı (Cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gilək dili

  • Fevral 27, 2026

    Marks

  • Mart 01, 2026

    Dekadentçilik

  • Mart 01, 2026

    Qışlayan qatırquyruğu

  • Fevral 28, 2026

    Kənafabənzər kəndir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst