Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pavel Karyagin 1761-ci ildə Poltava şəhərində zadəgan ailəsində anadan olub. Xasiyyətcə qəddar olmasını nəzərə alan valideynləri Paveli Hərbi məktəbə qoyurlar.

Pavel Karyagin

  • Ana Səhifə
  • Vikipediya
  • Pavel Karyagin

Pavel Mixayloviç Karyagin — Çar ordusunun polkovniki, 17 Yeger alayının komandiri.

Pavel Karyagin
Şəxsi məlumatlar
Doğum tarixi 1761(1761)
Doğum yeri
  • Poltava, Kazak Hetmanlığı
Vəfat tarixi 7 may 1807(1807-05-07) (45–46 yaşında)
Vəfat yeri
  • Şuşa, Qarabağ xanlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Rütbəsi
  • polkovnik
Döyüşlər
  • 1768–1774-cü illər Rusiya–Osmanlı müharibəsi,
  • Rusiya–İran müharibəsi (1804–1813)
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni "İgidliyə görə" qızıl qılıncı

Mündəricat

Həyatı

Pavel Karyagin 1761-ci ildə Poltava şəhərində zadəgan ailəsində anadan olub. Xasiyyətcə qəddar olmasını nəzərə alan valideynləri Paveli Hərbi məktəbə qoyurlar. 1778-ci ildə həmin məktəbi bitirir. 1781-ci ildə praporşik rütbəsi alır. 1783-cü ildən Qafqazda fəaliyyət göstərən Yeger polkunda xidmət edir və müxtəlif rütbələrə yüksəlir. 1784–1791-ci illərdə Türkiyəyə qarşı Rus ordusunda döyüşür və buna görə P. P. Rumyantsevin təqdimatı ilə ona mayor rütbəsi verilir və Georgi Xaçı ordeni ilə təltif edilir. 1796-cı ildə Valerian Zubovun Azərbaycana yürüşü zamanı P. M. Karyagin xüsusi xidmət göstərmiş, Gəncə, Şəmkir, Şirvan, Qarabağ, Dərbənd, Bakı və s. yerlərdə gedən döyüşlərdə xüsusi qəddarlıqlar törətmişdir. V. Zubov Azərbaycandan geri çağrılarkən Qarabağdakı Hərbi Hissənin rəhbərliyini P. M. Karyaginə tapşırır. Ermənilərə inanan və onlardan məharətlə istifadə edən P. M. Karyagin çox vaxt vergi toplama işlərinə qarışmaqla Qarabağın müsəlman camaatına olmazın zülmün vermişdir. Bu azmış kimi 1800-cü ildə ona Qafqaz Ali Baş Komandanlığı tərəfindən polkovnik rütbəsi verilmişdir.

1802-ci ilin 8 noyabrında imperator Aleksandrın fərmanı ilə Qafqaz Ali Baş Komandanlığına Karyaginin dostu Pavel Dmitriyeviç Sisyanov təyin olunur. Bu vaxtdan başlayaraq P. D. Sisiyanov harada işğalçı müharibələr aparıbsa Karyagin onun yanında olub. Karyaginin Qarabağda törətdiyi zülmləri eşidən və bundan qəzəblənən İbrahimxəlil xanın İranda yaşayan oğlu Əbülfət xan 1805-ci il iyun ayının 21-də Karyaginin qoşunu ilə Əsgəran yaxınlığında döyüşür. Bu döyüşdə Karyaginin qoşunu məğlub olur, özü isə bərk yaralanır və Sisyanovun göstərişi ilə Gəncəyə qayıdıb orada müalicə olunur. Sağalandan sonra bir müddət Gəncədə mülki işlərdə çalışır. 1807–ci il mart ayının 17-də о, yenidən Şuşaya qayıdaraq hərbi işlərini davam etdirir. 1807-ci ilin 14 oktyabrında Karyagin Şuşada bərk xəstələnir və Həmin ilin dekabrında vəfat edir. Çar polkovnik P. M. Karyaginin adını əbədiləşdirmək üçün Qarabulaqda yaranan qəzaya onun adını verir. 8 avqust 1930-cu ilədək rayon mərkəzi statusunu almış Qarabulaq 2 mart 1959-cu ilə qədər Karyagin adı altında öz fəaliyyətini davam etdirir.

Elə bu tarixdən də (2 mart 1959-cu il) başlayaraq rayon mərkəzinin Karyagin adı ləğv edilərək Azərbaycanın dahi şairi M. Füzulinin şərəfinə Füzuli şəhəri adlanır.

Mükafatları

  • 4-cü dərəcəli "Müqəffəs Georgi" ordeni (1804)
  • "Cəsurluğa görə" qızıl qılınc (1805)
  • 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1807)

Həmçinin bax

  • Qarabağ

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pavel Karyagin haqqında məlumat. Pavel Karyagin nədir? Pavel Karyagin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hipparion

  • Fevral 27, 2026

    Karvan FK

  • Fevral 24, 2026

    Livon dili

  • Fevral 27, 2026

    Detsl

  • Fevral 25, 2026

    Raşidi xilafəti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst