Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilin

Van qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Van qalası

Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilində olub, Van şəhərinə 5 km uzaqlıqda yerləşən bu qala sıldırım bir qaya üzərində inşa edilmişdir. Qala 1800 metr uzunluğunda, 120 metr genişliyində və 80 metr yüksəkliyindədir. Qala e.ə əvvəl IX əsrdə Lutiprinin oğlu Sarduri tərəfindən 840–825-ci illər arasında tikilmişdir. Çox sayda bu cür istehkamlara indiki Ermənistan, Türkiyə və İranda rast gəlmək olur. Adətən bu cür tikililər yer səthindən yuxarı çıxmış qayalarda və yamaclarda tikilirdi. Bu cür qalalar əsasən xarici ordulara qarşı durmaq üçün deyil, region nəzarəti üçün istifadə edilirdi. Van şəhəri ətəklərindəki bu binanın xarabaları onun divarlarının Orta əsrlərdə tikildiyini təsdiqləyir.

Van qalası
türk. Van kalesi
Ölkə Türkiyə Türkiyə
Şəhər Van
Yerləşir Van ili
Aidiyyəti Urartu
Tikilmə tarixi e.ə. VIII-VII əsrlər
Vəziyyəti stabil
38°30′09″ şm. e. 43°20′24″ ş. u.HGYO
Xəritə
Van qalası (Türkiyə)
Nöqtə
Van qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalada Urartu dövründən qalan Madır (Sardur) bürcü, Analı-qız açıq hava məbədi, I Argişti, Menua və II Sardurinin qaya məzarları, Min pilləkənlər, Baş qayada hörülmüş qala divarlarının bünövrələri və onların üzərində yüksələn qala divarları dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb. Urartu dövründən sonra Osmanlı dövrünə qədər uzanan zaman içərisində Fars yazıları xaricində hər hansı bir dövrə aid tarixi bir bir yazı tapılmamışdır. Osmanlı dövrünə aid qala divarları, qala giriş qapısı, Yuxarı qala, Süleyman Xan məscidi ilə minarəsi və müxtəlif tikililər də dövrümüzə yaxşı vəziyyətdə gəlib.

Qalanın şimal-qərb hissəsindən yuxarı çıxanda Urartu çarı I Argistinin məzar abidəsi və giriş hissəsindəki divarlarda tarixi yazılar var. Qalanın cənub hissəsində Urartu çarlarına aid məzar otaqları yer alır.

Cənubda qədim Van şəhərinə aid qalıqlar vardır. Bunlardan Səlcuqlu dövrünə aid Ulu məscidi ilə Osmanlı dövrünə aid Qaya Çələbi və Xosrov Paşa məscidləri cəlbedici əsərlərdir.

Rus arxeoloqların 1916-cı illərdə Van qalasında həyata keçirdikləri arxeoloji qazıntılar nəticəsində Urartu çarı Sarduriyə aid olan əşyalar tapılmış və qalanın tam olaraq planı aşikar edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Van qalası haqqında məlumat. Van qalası nədir? Van qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Atlanqaçlar

  • Fevral 27, 2026

    XI Georgi

  • Fevral 27, 2026

    Pasarqad

  • Fevral 27, 2026

    Viçuqa

  • Fevral 27, 2026

    Baqaj

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst