Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur.

Sinan Paşa

  • Ana Səhifə
  • Vikipediya
  • Sinan Paşa

Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur.

Sinan Paşa
Osmanlı Kaptan-ı Dəryası
1550 – 1553
ƏvvəlkiSokullu Mehmed Paşa
SonrakıPiyalə Paşa
Şəxsi məlumatlar
Doğum tarixi II minillik
Doğum yeri
  • Sarayevo
Vəfat tarixi 21 dekabr 1553
Vəfat yeri İstanbul, Osmanlı imperatorluğu
Dəfn yeri
  • Mehrimah Sultan Külliyəsi
Dini İslam
Hərbi xidmət
Qoşun növü Osmanlı Donanması
Rütbəsi
  • admiral

Həyatı

Osmanlı Xanədanı ilə qohumluq əlaqəsi olan Sinan Paşa I Süleymanın qızı Mehrimah Sultanın əri sədrəzəm Kürəkən Rüstəm Paşanın qardaşı idi. Xorvat əsilli xristian bir ailənin övladı olaraq Sarayevo yaxınlarında yerləşən Butomir kəndində dünyaya gəlmişdir. Böpyük qardaşı Kürəkən Rüstəm Paşa və Nəfisə adlı bacısının olduğu bilinir.

Saraya gəlişi

Sinan Paşa Əndərunda yetişdirilmişdir. Sokullu Mehmed Paşanın kaptan-ı dəryalığından sonra 1550 tarixində kaptan-ı dərya olaraq təyin olunmuşdur. 1551-ci ildə Malta ilə gedən Trablus Mühasirəsi və Fransaya yardım üçün aparılan Aralıq dənizi səfərlərində Osmanlı Donanmasına rəhbərlik etmişdir. Ancaq bütün bu uğurlar onun yox, o dövrdə gənc bir dənizçi olan Turqut rəisin uğuru idi. Turqut rəis, əsasən də Sinan Paşa ilə birlikdə qatıldıqları Şimali Afrika səfərindən sonra, sultanın və bütün Osmanlı dənizçilərinin gözündə Sinan Paşadan daha yüksək tutulmuş, buna baxmayaraq 1553 tarixinə qədər Sinan Paşa öz vəzifəsində qalmışdır.

Ölümü

Vəfatından sonra geridə 2 qızı və 1 oğlu qalmasına baxmayaraq, gözlənilməz bir qərarla bütün sərvətini Mehrimah Sultana vəsiyyət etdi. Öldüyü vaxt Memar Sinan tərəfindən inşa olunan Sinan Paşa Məscidinin tamamlanmaması səbəbi ilə Üsküdarda yerləşən Mehrimah Sultan Məscidinə dəfn olundu. Ancaq bəzi tarixçilərə görə, Sinan Paşa indiki Albaniya ərazisində bir yəhudi qəbiristanlığına dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sinan Paşa haqqında məlumat. Sinan Paşa nədir? Sinan Paşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Husilər

  • Fevral 27, 2026

    Zəylik (Daşkəsən)

  • Fevral 24, 2026

    Fələstin Dövləti

  • Fevral 27, 2026

    Vahid Musayev

  • Fevral 23, 2026

    Polis şiddəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst