Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heydər Gəray (1430-cu illər – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaql

Heydər Gəray

  • Ana Səhifə
  • Vikipediya
  • Heydər Gəray

Heydər Gəray (1430-cu illər – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir.

Heydər Gəray
II Krım xanı
1456 – 1456 (2 ay)
ƏvvəlkiI Hacı Gəray
SonrakıI Hacı Gəray
mart – dekabr 1475
ƏvvəlkiI Məngli Gəray
SonrakıNurdövlət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1430-cu illər
Vəfat tarixi 1487(1487)
Fəaliyyəti hökmdar[d]
Atası I Hacı Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

Həyatı

Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi.

Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.

Atasının vəfatından sonra qardaşları Nurdövlət və Məngli Gəray arasında taxt mübarizəsi başladı. Ancaq 1475-ci ilin martında yerli əyanlar Məngli Gərayı devirdi və həbs tutulan Heydər Gəray Krım taxtına oturdu. Taxta keçdikdən sonra Şirin qəbiləsindən Əminək bəylə birlikdə Litva knyazlığına məxsus bəzi qalalara hücum etdi ancaq müvəffəqiyyət qazana bilmədi.

Heydər Gərayın ikinci səltənəti də uzun çəkmədi. Həmin ilin sonunda Osmanlılar Krımın cənub bölgələrini ələ keçirdilər və burada həbs tutulan Nurdövlət Gərayı azad edərək yenidən Krım xanı təyin etdilər. İki qardaşın münasibətləri yaxşı olmasa da, Heydər Gəray kiçik qardaşına tabe olmağa məcbur oldu. Nurdövlət Gərayın üçüncü və son səltənəti olan bu dövrdə iki qardaş yerli bəylərlə mübarizəyə davam etdilər. Ancaq Osmanlı dəstəyini alan Məngli Gəraya məğlub olaraq 1479-cu ildə ölkəni tərk etdilər.

Əvvəlcə Litva knyazlığına gələn qardaşlar daha sonra Kiyevə, ardından Moskvaya üz tutdular. Burada Knyaz III İvan tərəfindən yaxşı qarşılansalar da, çox keçmədən Heydər Gəray bilinməyən bir səbəblə ölkənin şimal torpaqlarına sürgünə göndərildi. 1487-ci ildə Voloqda vilayətində Belozerski qalasında vəfat etdi.

Ailəsi və övadlarının olub-olmaması barədə məlumat yoxdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heydər Gəray haqqında məlumat. Heydər Gəray nədir? Heydər Gəray nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ərtik

  • Fevral 27, 2026

    Qarın yatalağı

  • Fevral 27, 2026

    Tezlik

  • Fevral 27, 2026

    Koqqiqriya sarağanı

  • Fevral 27, 2026

    Birminhem Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst