Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[…] – 4 oktyabr 1996 və ya 3 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938

Silvio Piola

  • Ana Səhifə
  • Vikipediya
  • Silvio Piola

Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[…] – 4 oktyabr 1996 və ya 3 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938-ci il Dünya Çempionatının qalibi. A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol). İtaliya millisinin heyətində cəmi 34 oyuna baxmayaraq, Piola 30 qolla milli komandanın tarixində Luici Riva (35) və Cuzeppe Meattsadan (33) sonra üçüncü ən yaxşı bombardirdir. Novara şəhərində adına futbol stadionu var.

Silvio Piola
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1913(1913-09-29)[…]
Vəfat tarixi 4 oktyabr 1996(1996-10-04) (83 yaşında) və ya 3 oktyabr 1996(1996-10-03) (83 yaşında)
Vətəndaşlığı
  •  İtaliya
  •  İtaliya krallığı
Boyu 178 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1929–1934 Pro Verçelli 1892 127 (51)
1934–1943 Latsio 227 (143)
1943–1944 Torino 23 (27)
1945–1947 Yuventus 57 (26)
1947–1954 Novara Calcio 185 (86)
Milli yığma
1935–1952 İtaliya 34 (30)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi-hal

Silvio Piola 29 sentyabr 1913-cu ildə İtaliyanın Lombardiya bölgəsində doğulub.

Karyerası

Klub

Piolanın karyerası "Pro Verçelli" klubunda başlayıb. İtalyan futbolunun yüksək liqasında debütü isə 16 fevral 1930-cu ildə "Bolonya" ilə matçda baş verir. İlk mövsümdə hücumçunun on səkkiz yaşı olmasına baxmayaraq 13 qol vurur.

1933/1934 mövsümündə "Pro Verçelli"də oynayan Piola, 7: 2 hesabı ilə başa çatan "Fiorentina" klubu ilə matçda altı qol vurur.

1934-cü ildə Piola "Latsio" klubuna keçir və paytaxt klubunda oynayaraq iki dəfə A Seriyasının bombardiri olur (1937 və 1943-cü illərdə).

Piolanın karyerasında növbəti klub "Torino" olur. Burada bir mövsumdə 23 oyunda meydana çıxaraq 27 qol vurur.

Futboçu daha sonra "Yuventus" və "Novarra" klublarının formasını geyinir.

Karyerası ərzində A Seriyasında 536 (537) oyun keçirib. Bu nəticə ilə A Seriyası tarixində səkkizinci yerdə qərarlaşıb.

Milli komanda

Silvio Piola milli komandadakı ilk matçını 1935-ci il martın 24-də Avstriyaya qarşı keçirdir. Ümumilikdə, Piola 34 milli oyunda 30 qol vurub. Milli komandadakı son oyun, 38 yaşlı Piola 18 may 1952-ci ildə İngiltərəyə qarşı "Florensiya"da (1:1) oynayır.

Uğurları

  • Dünya çempionu: 1938 .
  • İtaliya A Seriyası bombardiri : (2) 1936 / 1937 - 21 qol 1942 / 1943 - 21 qol.
  • A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol)
  • İtalyan elit "Club 300" üzvü (1-ci yer, 364 qol)
  • Bir oyundakı qol sayına görə İtaliya çempionatının rekordçusu: 6 qol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Silvio Piola haqqında məlumat. Silvio Piola nədir? Silvio Piola nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pyörl-Harbora hücum

  • Fevral 17, 2026

    Danimarka

  • Mart 01, 2026

    Məsud Özil

  • Fevral 28, 2026

    Coberti Vinçenso

  • Mart 01, 2026

    İçkeriya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst