Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coberti Vinçenso (5 aprel 1801[…], Turin, Sardiniya krallığı – 26 oktyabr 1852[…], Paris) — italyan filosofu, publisist, dövlət xadimi, Risorcimentonun başlıca

Coberti Vinçenso

  • Ana Səhifə
  • Vikipediya
  • Coberti Vinçenso

Coberti Vinçenso (5 aprel 1801[…], Turin, Sardiniya krallığı – 26 oktyabr 1852[…], Paris) — italyan filosofu, publisist, dövlət xadimi, Risorcimentonun başlıca ideoloqlarından biri.

Coberti Vinçenso
ing. Vincenzo Gioberti
Sardiniyanın 5-ci Baş Naziri
16 Dekabr 1848 – 21 Fevral 1849
ƏvvəlkiEttore Perron San-Martino
SonrakıAqostino Çiodo
Şəxsi məlumatlar
Doğum adı Vincenzo Gioberti
Doğum tarixi 5 aprel 1801(1801-04-05)[…]
Doğum yeri
  • Turin, Sardiniya krallığı, İtaliya
Vəfat tarixi 26 oktyabr 1852(1852-10-26)[…] (51 yaşında)
Vəfat yeri
  • Paris
Vəfat səbəbi insult
Dəfn yeri
  • Turin xatirə qəbiristanlığı[d]
Təhsili
  • Turin Universiteti[d]
Fəaliyyəti filosof, professor, siyasətçi, yazıçı
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Turin Universitetinin ilahiyyət fakültəsini bitirmişdir (1823). 1825-ci ildən keşiş, 1826-cı ildən Pyemontda saray kapellanı olmuşdur. Gizli cəmiyyətlə əlaqədə şüb həli bilinərək 1833-cü ildə həbs edilmiş və Pyemontdan sürgün edilmiş, Parisdə və 1834–45-ci illərdə əsas əsərlərinin buraxıldığı Brüsseldə yaşamışdır. Onun İtaliyanın milli dirçəlişi və papanın başçılığı altında dövlətlər federasiyasında birləşməsi proqramından ibarət "İtalyanların mənəvi və sivil birinciliyi haqqında" ("Del primato morale e civile degli Italiani", 1843) və "Müasir yezuit" ("Il gesuita moderno", vol. 1–7, 1846–47) əsərləri, həmçinin dini-fəlsəfi kitabları çox geniş populyarlıq qazanmışdı.

Fəaliyyəti

1911 İtaliya mülki yenilənməsi

İtaliyaya zəfərlə qayıdışı Cobertinin Pyemontun deputatlar palatasına deputat seçilməsi (1848), onun prezidenti olması ilə başa çatmışdı; 1848-ci ilin dekabrından 1849-cu ilin fevralınadək nazirlər kabinetinə başçılıq etmişdir. Avstriya ilə müharibədə Pyemontun məğlubiyyətindən (1849) sonra Parisdə könüllü sürgündə olmuş, başlıca fəlsəfi əsəri "Protologiya"nın ("Della Protologia"; tamamlanmamışdır, 1857-ci ildə nəşr edilmişdir) üzərində işləmişdir. "İtaliyanın sivil bərpasına dair" ("Del rinno vamento civile d`Italia", vol. 1–2, 1851) siyasi traktatında gələcəyin İtaliyası unitar dünyəvi dövlət kimi təsəvvür edilmişdir. "Fəlsəfənin öyrənilməsinə giriş" ("İn -troduzione allo studio della filosofia", vol. 1–4, 1840) əsərində dində (protestantizm) və fəlsəfədə "psixologizm"in tənqidi ilə çıxış edən Coberti xristian platonizmi ənənəsinə əsaslanaraq "ontologizm" prinsipini ona qarşı qoymuşdur. Cobertinin fəlsəfi sisteminin mərkəzində yaratma ideyası durur, onun düsturu: "Var olan mövcud olanı yaradır" (L`Ente crea l`esistente). Var olanın (yəni Tanrının) mövcudiyyətlə eyniləşdirilməsi panteizmə, yaxud hətta materializmə aparıb çıxarır. "İkinci yaradıcı tsikl" insanın mənən başqa şəklə düşməsi prosesi və onun Tanrıya yetməsidir. Cobertinin əsərləri Vatikan tərəfindən "Yasaqlanmış kitablar indeksi"nə daxil edilmişdi. C. Centilinin aktual idealizminə və M. F. Şakkanın dini spiritualizminə Cobertinin təsiri olmuşdur.

Əsərləri

  • Epistolario. Firenze, 1927–1937. Vol. 1–11;
  • Edizione nazionale delle opere… Mil.;Padova, 1938–1977. Vol. 1–31.

Həmçinin bax

  • Din
  • Panteizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coberti Vinçenso haqqında məlumat. Coberti Vinçenso nədir? Coberti Vinçenso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kataloniya

  • Fevral 27, 2026

    Əbdüləziz (sultan)

  • Fevral 27, 2026

    Nəcməddin Əhmədov

  • Fevral 27, 2026

    Bronislav Malinovski

  • Fevral 24, 2026

    Respublika qəzeti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst