Seyidli — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.
| Seyidli | |
|---|---|
| 40°00′01″ şm. e. 46°55′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Rəsmi dili | |
![]() Seyidli | |
Tarixi
Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.
Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.
Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Seyidli kənd statusunda idi və Ağdam rayonunun Seyidli kənd Sovetinin mərkəzi idi. Həmin il üçün, Seyidli kənd Sovetinə həmçinin Sarıhacılı və Bozpapaqlar kəndləri də daxil idi.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması, Bozpapaqlar kəndinin Seyidli kənd Sovetindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Seyidli kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Seyidli kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Seyidli kənd Sovetinin Seyidli və Sarıhacılı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Amma buna baxmayaraq, hal hazırda, Seyidli və Sarıhacılı kənd statusundadırlar. Hal hazırda, Seyidli, Bozpapaqlar və Sarıhacılı kəndləri Azərbaycanın Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsinə daxildirlər, Seyidli kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Kənd 1993-ci il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı — o tarixdən Seyidli kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir
Mədəniyyəti
Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi.
Təhsil
Seyidli kənd orta məktəbi İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.
Coğrafiyası və iqlimi
Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir.
Əhalisi
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır. Həmin illər Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. 1844 ildə aparılmış siyahıya alınmaya əsasən əhalisinin ümumi sayı 184 nəfər olmuş Seyidlidə 113 kişi, 71 qadın yaşamışdır. 1848-ci və 1865-ci illərdə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. 1848-ci ildə kişilərin sayı təxminən 167 nəfər idi. 1865-ci ildə 78 evdən ibarət Seyidlinin 254 kişi sakini var imiş. 1873-ci ilin məlumatında isə Seyidli 86 evdən ibarət idi. Həmin ildə Seyidlinin kişi və qadından ibarət 498 nəfər sakini olmuşdur.
1983-cü ilin məlumatına görə Seyidli kəndinin əhalisi 3478 nəfər idi.
Şəxsiyyətləri
- İldırım xan Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı.
- Çərkəz bəy Şərifov — Qarabağ bəyi.
- Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.
- Yelmar Fərhad bəy oğlu Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi.
- Ədilə Əvəz qızı Namazova — AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor.
- Zakir Cabbar bəy oğlu Məmmədov — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor.
- Adil Əli bəy oğlu Məmmədov — tarix elmləri doktoru, professor.
- Teymur Süleyman oğlu Vəliyev — AMEA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru, professor.
- Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent.
- Rasim Şirin oğlu Qarayev — iqtisad elmləri namizədi, professor.
- Habil Surxay oğlu Qurbanov — hüquq elmləri doktoru, professor.
- Vüqar Nadirov — peşəkar futbolçu.
Şəkillər
- Kəndin şəxsiyyətlərinin şəkilləri
Axund Molla Zülfüqar Axundov — Ağdam Cümə məscidinin axundu
Mənzər Şərifova — maarif xadimi, pedaqoq.
Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi, dosent
Zakir Məmmədov — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Adil Məmmədov — tarix elmləri doktoru, professor.
Teymur Vəliyev — iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Çingiz Axundov — tarix elmləri namizədi, dosent
İqtisadiyyatı
Erməni işğalına qədər Seyidli kəndinin əhalisi üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.
Həmçinin bax
- Seyidli oymağı
- Məmmədbəyli soyu
- Nəcəfqulubəylilər
- Kərbəlayi Miralılar
- Qazılı soyu
- Şərifli soyu
- Molla Qurbanlı
- Eyvazlı soyu
- Çəmənli oymağı
- Kazımbəyovlar
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seyidli (Ağdam) haqqında məlumat. Seyidli (Ağdam) nədir? Seyidli (Ağdam) nə deməkdir?
