Sarıhacılı — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündə yerləşir.
| Sarıhacılı | |
|---|---|
| 39°59′16″ şm. e. 46°53′57″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Sarıhacılı | |
Tarixi
Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Sarıhacılı kənd statusunda idi və Ağdam rayonunun Seyidli kənd Sovetinə daxil idi. Həmin il üçün, Seyidli kənd Sovetinə həmçinin Bozpapaqlar kəndi və kənd Sovetinin mərkəzi olaraq Seyidli kəndi də daxil idi.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması, Bozpapaqlar kəndinin Seyidli kənd Sovetindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Seyidli kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Seyidli kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Seyidli kənd Sovetinin Seyidli və Sarıhacılı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Amma buna baxmayaraq, hal hazırda, Seyidli və Sarıhacılı kənd statusundadırlar. Hal hazırda, Seyidli, Bozpapaqlar və Sarıhacılı kəndləri Azərbaycanın Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsinə daxildirlər, Seyidli kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Sarıhacılı kəndi 23 iyul 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 may 2021-i il tarixində Sarıhacılı kəndindən videogörüntülər paylaşmışdı.
Toponomi
1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır . Ola bilsin ki, Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını Sarı Hacı şəxs adından götürmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarıhacılı haqqında məlumat. Sarıhacılı nədir? Sarıhacılı nə deməkdir?
