Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyidli — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.

Seyidli (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Seyidli (Ağdam)

Seyidli — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.

Seyidli
40°00′01″ şm. e. 46°55′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Seyidli xəritədə
Seyidli
Seyidli

Mündəricat

Tarixi

Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.

Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.

Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Seyidli kənd statusunda idi və Ağdam rayonunun Seyidli kənd Sovetinin mərkəzi idi. Həmin il üçün, Seyidli kənd Sovetinə həmçinin Sarıhacılı və Bozpapaqlar kəndləri də daxil idi.

Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması, Bozpapaqlar kəndinin Seyidli kənd Sovetindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Seyidli kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Seyidli kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Seyidli kənd Sovetinin Seyidli və Sarıhacılı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Amma buna baxmayaraq, hal hazırda, Seyidli və Sarıhacılı kənd statusundadırlar. Hal hazırda, Seyidli, Bozpapaqlar və Sarıhacılı kəndləri Azərbaycanın Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsinə daxildirlər, Seyidli kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Kənd 1993-ci il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı — o tarixdən Seyidli kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir

Mədəniyyəti

Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi.

Təhsil

Seyidli kənd orta məktəbi İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.

Coğrafiyası və iqlimi

Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir.

Əhalisi

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır. Həmin illər Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. 1844 ildə aparılmış siyahıya alınmaya əsasən əhalisinin ümumi sayı 184 nəfər olmuş Seyidlidə 113 kişi, 71 qadın yaşamışdır. 1848-ci və 1865-ci illərdə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. 1848-ci ildə kişilərin sayı təxminən 167 nəfər idi. 1865-ci ildə 78 evdən ibarət Seyidlinin 254 kişi sakini var imiş. 1873-ci ilin məlumatında isə Seyidli 86 evdən ibarət idi. Həmin ildə Seyidlinin kişi və qadından ibarət 498 nəfər sakini olmuşdur.

1983-cü ilin məlumatına görə Seyidli kəndinin əhalisi 3478 nəfər idi.

Şəxsiyyətləri

  • İldırım xan Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı.
  • Çərkəz bəy Şərifov — Qarabağ bəyi.
  • Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.
  • Yelmar Fərhad bəy oğlu Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi.
  • Ədilə Əvəz qızı Namazova — AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor.
  • Zakir Cabbar bəy oğlu Məmmədov — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor.
  • Adil Əli bəy oğlu Məmmədov — tarix elmləri doktoru, professor.
  • Teymur Süleyman oğlu Vəliyev — AMEA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru, professor.
  • Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent.
  • Rasim Şirin oğlu Qarayev — iqtisad elmləri namizədi, professor.
  • Habil Surxay oğlu Qurbanov — hüquq elmləri doktoru, professor.
  • Vüqar Nadirov — peşəkar futbolçu.

Şəkillər

  • Kəndin şəxsiyyətlərinin şəkilləri
  • Axund Molla Zülfüqar Axundov — Ağdam Cümə məscidinin axundu
    Axund Molla Zülfüqar Axundov — Ağdam Cümə məscidinin axundu
  • İldırım xan Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı.
    İldırım xan Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı.
  • Mənzər Şərifova — maarif xadimi, pedaqoq.
    Mənzər Şərifova — maarif xadimi, pedaqoq.
  • Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi, dosent
    Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi, dosent
  • Zakir Məmmədov — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
    Zakir Məmmədov — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Adil Məmmədov — tarix elmləri doktoru, professor.
    Adil Məmmədov — tarix elmləri doktoru, professor.
  • Teymur Vəliyev — iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
    Teymur Vəliyev — iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Çingiz Axundov — tarix elmləri namizədi, dosent
    Çingiz Axundov — tarix elmləri namizədi, dosent

İqtisadiyyatı

Erməni işğalına qədər Seyidli kəndinin əhalisi üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.

Həmçinin bax

  • Seyidli oymağı
  • Məmmədbəyli soyu
  • Nəcəfqulubəylilər
  • Kərbəlayi Miralılar
  • Qazılı soyu
  • Şərifli soyu
  • Molla Qurbanlı
  • Eyvazlı soyu
  • Çəmənli oymağı
  • Kazımbəyovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seyidli (Ağdam) haqqında məlumat. Seyidli (Ağdam) nədir? Seyidli (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Abrek

  • Mart 01, 2026

    Şarlotta Gensbur

  • Fevral 27, 2026

    Körpə

  • Fevral 27, 2026

    Qalxanabənzər vəzi

  • Fevral 27, 2026

    Kirakos Gəncəli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst