Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyfəddin Əli oğlu Altaylı (türk. Seyfettin Ali oğlu Altaylı; 20 dekabr 1950, Qoçqıran, İğdır ili) — Filologiya üzrə fəlsəfə doktoru, dosent; Lüğətşünas, ədəbiy

Seyfəddin Altaylı

  • Ana Səhifə
  • Vikipediya
  • Seyfəddin Altaylı

Seyfəddin Əli oğlu Altaylı (türk. Seyfettin Ali oğlu Altaylı; 20 dekabr 1950, Qoçqıran, İğdır ili) — Filologiya üzrə fəlsəfə doktoru, dosent; Lüğətşünas, ədəbiyyatşünas; İzzəddin Həsənoğlunun tədqiqatçısı.

Seyfəddin Altaylı
türk. Seyfettin Altaylı
Doğum tarixi 20 dekabr 1950(1950-12-20) (75 yaş)
Doğum yeri
  • Qoçqıran, Qaraqoyunlu, İğdır ili, Türkiyə
Elm sahələri Azərbaycan ədəbiyyatı, folklor, Türk tarixi, Türk mifologiyası, Türkiyə ədəbiyyatı, leksikoqrafiya, ədəbiyyatşünaslıq
Elmi dərəcəsi
  • filologiya üzrə fəlsəfə doktoru[d]
Elmi adı
  • professor
İş yeri
  • Bakı Avrasiya Akademik Universiteti (2015)
Təhsili
  • İstanbul Universitetinin Ədəbiyyat fakültəsi[d] (–1980)
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]

Mündəricat

Həyatı

20 dekabr 1950-ci ildə İğdır ilinin Dizə (Koçkıran) kəndində anadan olmuşdur. 1963-cü ildə İğdır orta məktəbini, 1969-cu ildə İğdır liseyini, 1980-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.

1970–1977-ci illərdə İqdırın Aralıq qəsəbəsində və Dizə kəndində müəllim işləyib. Uzun müddət 2015-ci ildən Bakı Avrasiya Universitetində müəllim işləyir. Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatından mühazirələr oxuyur. Eyni zamanda Türkoloji Mərkəzdə baş elmi işçi kimi çalışır.

1963-cü ildən şeir yaradıcılığına başlayıb və ilk şeiri İqdırda "Yaşıl İydir" qəzetində çap olunub.

1985-ci ildə TRT "Türkiyənin Səsi" Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasına imtahanla qəbul olunub və 8 ay sonra radionun rəhbərliyinə təyin edilib. Azərbaycan verilişləri redaksiyasının 30 il rəhbəri olmuşdur.

1995–1996-cı illərdə TRT tərəfindən çəkilən "Qafqaz ulduzu" adlı Azərbaycana həsr olunmuş 17 seriyalı sənədli filmin rəhbərliyini və məsləhətçiliyini edib. Radioda, "Türk tarixindən", "Azərbaycan tarixi", "Dədə Qorqudda Türk Dövlət Gələnəyi", "Vaxta İz Salanlar" adlı proqramları hazırlayıb və aparıb. 1988-ci ildən "Sözümüz-söhbətimiz" adlı proqramı hazırlamış və aparmışdır.

Azərbaycan Yazıçılar İttifaqı və Ankarada mənzillənən Yazarlar Birliyinin üzvüdür.

Elmi fəaliyyəti

Tələbə ikən elmlə məşğul olmağa başlamış və xüsusilə Azərbaycanla bağlı elmi məqalələr yazmışdır.

"Azərbaycan xalq deyimlərində mifoloji və tarixi elementlərin əksi" adlı fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

Lüğətşünaslıq, Folklor, Türk Tarixi, Türk Mifoloqyası, Türk dili və ədəbiyyatı, Türk xalqları ədəbiyyatı mövzularında tədqiqat işləri aparır.

3 cildlik "Azərbaycan Türkcəsi sözlüyü"nü hazırlayıb çap etdirmişdir.

Seyfəddin Altaylı XIII əsr şairi İzzəddin Həsənoğlunun 367 vərəqlik bir əlyazmasını əldə etmiş və onun üzərində dörd ildən çox işləyərək Ankarada Altınordu Yayınlarında çap etdirmişdir.

Kitabları

  • Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Deyimler Sözlüğü". Ankara, Pestij Matbaası, 2005. 590 sayfa. (Türkçe)
  • Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". I cild (A-K). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. 1905 sayfa. (Türkçe)
  • Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". II cild (Q-Z). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. 1907 sayfa. (Türkçe)
  • Seyfettin Altaylı. "Azerbaycan Türkçesi Sözlüğü". III cild (Karşılaştırmalı Dizin). Ankara, Türk Dil Kurumu Yayınları, 2018. (Türkçe)
  • Seyfəddin Altaylı; Nigar Hüseynova. "Türk xalqları ədəbiyyatı" (Ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "Elm və təhsil", 2018. (Azərbaycanca)
  • İzzeddin Hasanoğlu. "Kitab-ı Siretü’n Nebi". (Hazırlayan: Seyfettin Altaylı). Ankara, Altınordu yayınları, 2023. 934 sayfa. (Türkçe) ISBN: 978-625-8248-22-7

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seyfəddin altaylı sözünün mənası, seyfəddin altaylı haqqında məlumat. seyfəddin altaylı nədir? seyfəddin altaylı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1945-ci il

  • Fevral 27, 2026

    Tauer körpüsü

  • Mart 01, 2026

    Şeşbəyli

  • Fevral 27, 2026

    Pifey

  • Mart 01, 2026

    Phaseolus maculatus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst