Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sove

Semyon Bretanitski

  • Ana Səhifə
  • Vikipediya
  • Semyon Bretanitski

Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır.

Semyon Bretanitski
rus. Семён Леонтьевич Бретаницкий
Ümumi məlumatlar
Doğum tarixi 7 dekabr 1886
Doğum yeri Odessa, Odessa qəzası, Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 yanvar 1963 (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşağı
  • Leonid Bretanitski
Musiqiçi məlumatları
Fəaliyyəti skripkaçı, musiqi pedaqoqu, konsertmeyster
Musiqi alətləri skripka, kamança
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1936
"Şərəf nişanı" ordeni — 19461946

Mündəricat

Həyatı

Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin[ing.] sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır.

1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir. Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq[ing.], Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.

Semyon Bretanitski Azərbaycan bəstəkarlarının bir sıra skripka əsərlərinin ilk ifaçısı olmuşdur. O, Azərbaycanda ilk simli kvartetin (1925) və fortepiano triosunun (1937) təşkilatçısı və iştirakçısıdır.

Semyon Bretanitski 7 yanvar 1963-cü ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936[⇨]
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

Qeydlər

  1. Həmin dövrdə Bakı Musiqi Texnikumu Rus İmperator Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərir və Bakı şöbəsi adlanırdı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Semyon Bretanitski haqqında məlumat. Semyon Bretanitski nədir? Semyon Bretanitski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stirlinq Moss

  • Mart 01, 2026

    Anatoli Torkunov

  • Mart 01, 2026

    Nizamül Mülk

  • Fevral 27, 2026

    Əhməd Nami

  • Fevral 27, 2026

    Barometr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst