Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab ol

Cream

  • Ana Səhifə
  • Vikipediya
  • Cream

Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur. Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir.

Cream
Loqonun şəkli
Cream 1967-ci ildə. Soldan-sağa: Cincr Beyker, Cek Brüs və Erik Klepton
Cream 1967-ci ildə. Soldan-sağa: Cincr Beyker, Cek Brüs və Erik Klepton
Əsas məlumatlar
Üslub
  • Psixodelik rok
  • blüz-rok
  • eysid rok
  • hard rok
  • jam band
Fəaliyyət illəri
  • 1966–1968
  • 1993
  • 2005
Ölkə İngiltərə
Şəhər London
Leybl
  • Reaction
  • Polydor
  • Atco
  • RSO
  • Reprise
Keçmiş üzvlər Cek Brüs
Erik Klepton
Cincr Beyker
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır. Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur. Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.

Brüs və Beyker arasındakı gərginlik 1968-ci ilin may ayında qrupun dağılmasına səbəb olmuş, lakin qrup son dəfə "Goodbye" albomunu buraxmış və turneyə çıxmışdır. Tur, 1968-ci ilin 25 və 26 noyabr tarixlərində Royal Albert Hall-da iki son vida konserti ilə başa çatmışdır. Bu konsertlər lentə alınıb kinoteatrlarda nümayiş olunmuşdur.

1993-cü ildə Cream Rok-n-roll şöhrət zalına daxil edilmişdir. Onlar həm "Rolling Stone", həm də VH1-in "Bütün zamanların ən böyük 100 sənətkarı" siyahısında müvafiq olaraq 67 və 61-ci yerdə salınmışdır. Onlar həmçinin VH1-in "Hard-rokun 100 ən böyük sənətkarı" siyahısında 16-cı yerdə qərarlaşmışdır.

Mündəricat

Heyət

Qrup üzvləri

  • Cincr Beyker — zərb alətləri, aparıcı və geri vokal (2019-cu ildə vəfat etmişdir)
  • Cek Brüs — aparıcı və geri vokal, bas gitara, klavişli alət, piano, harmonika, violonçel, akustik gitara, fleyta (2014-cü ildə vəfat etmişdir)
  • Erik Klepton — aparıcı və ritm gitara, geri və aparıcı vokal

Sessiya iştirakçıları

  • Pit Braun – sözlər, həmmüəllif (1966–1969; 2023-cü ildə vəfat edib)
  • Feliks Pappalardi – istehsal, viola, zınqırov, orqan, truba, tonet, mellotron, piano, bas gitara (1967–1969; 1983-cü ildə vəfat edib)
  • Mayk Teylor – həmmüəllif (1968; 1969-cu ildə vəfat etmişdir)
  • Corc Harrison – ritm gitara (1969; 2001-ci ildə vəfat etmişdir)

Diskoqrafiya

  • Fresh Cream (1966)
  • Disraeli Gears (1967)
  • Wheels of Fire (1968)
  • Goodbye (1969)

Həmçinin bax

  • Albom dövrü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cream haqqında məlumat. Cream nədir? Cream nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sofulu (Qarakilsə)

  • Fevral 27, 2026

    Daxili Monqolustan

  • Fevral 27, 2026

    Astara (İran)

  • Fevral 25, 2026

    Fateh

  • Fevral 27, 2026

    Böyük İskəndər

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst