Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“Savalan” qrupu 2002-ci ildə Bakıda Novruz Novruzlu tərəfindən yaradılmışdır. Qrupun banisi və uzun illər bədii rəhbəri olmuş Novruz Novruzlunun vəfatından sonr

Savalan qrupu

  • Ana Səhifə
  • Vikipediya
  • Savalan qrupu

"Savalan" qrupu — ilahi, sufi, folk və digər janrlarda musiqilər ifa edən qrup.

Savalan
Əsas məlumatlar
Üslub İlahi
Sufi
Folk
Fəaliyyət illəri 2002 — Hal hazırda
Ölkə  Azərbaycan
Dil

Azərbaycan

Türk
Heyət İffət Əsgərov
Azer Çələbi
Naser Nayyeri
Anar Quliyev
Məhta Məhəmmədəlizadə
Anar Vəlizadə
Keçmiş üzvlər Novruz Novruzlu
Həlimə Sultan
Fəxrəddin Salim
Cavad İsmayıl
İffət Əsgərov
Əməkdaşlıq Heydər Əliyev Fondu
Mədəniyyət Nazirliyi (Azərbaycan)
Yunus Əmrə İnstitutu
Sözsənət mərkəzi
https://www.instagram.com/savalanband?igsh=bzZxNmVhYmMycWF6

Mündəricat

Tarixi

“Savalan” qrupu 2002-ci ildə Bakıda Novruz Novruzlu tərəfindən yaradılmışdır. Qrupun banisi və uzun illər bədii rəhbəri olmuş Novruz Novruzlunun vəfatından sonra kollektiv müəyyən müddət fəaliyyətini dayandırmış, lakin fasilədən sonra 2025-ci ildən etibarən İffət Əsgərovun rəhbərliyi ilə yenidən yaradıcılıq fəaliyyətinə başlamışdır.

Qrupun keçmiş heyəti Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdan (kamança) ibarət olmuşdur.

Hazırda qrupun mövcud tərkibi aşağıdakı kimidir:

  • İffət Əsgərov – bədii rəhbər, bəstəkar, səs, kaman
  • Azer Çələbi – solist
  • Naser Nayyeri – solist
  • Anar Quliyev – zərb alətləri
  • Məhta Məmmədəlızadə – qanun
  • Anar Vəlizadə – balaban

Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir.

"Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.

Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir.

"Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur.

"Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur. "Gün Az" TV-nin 4 illik yubileyi ilə əlaqədar olaraq qrup bir necə konsertlə çıxış etmişdir.

"Dədə-Qorqud"a həsr olunmuş tədbirlərdə qrupun, 30 sentyabr 2009-cu ildə Slavyan Universitetində və 2009-cu il 2 oktyabr tarixində Kapellhausda Almaniyadan gəlmiş musiqi qrupu ilə birlikdə konsert çıxışları olmuşdur.

Fasilədən sonra yenidən fəaliyyətə başladığı 2025-ci ildə “Savalan” qrupu solo konsert proqramını təqdim etmiş, həmçinin III Beynəlxalq Nəsimi Festivalında və “Baku Art Weekend – Fly to Baku” festivalında uğurla iştirak etmişdir.

Həmçinin bax

Nəsimi Festivalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, savalan qrupu sözünün mənası, savalan qrupu haqqında məlumat. savalan qrupu nədir? savalan qrupu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lantanoidlər

  • Fevral 27, 2026

    İmam Baqir

  • Fevral 10, 2026

    Azərbaycan

  • Fevral 27, 2026

    Araqonlu Mariya

  • Mart 06, 2026

    Stereotip

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst