Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupa, kollektivə aparıcılıq etmə qabiliyyəti. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul et

Lider

  • Ana Səhifə
  • Vikipediya
  • Lider

Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupa, kollektivə aparıcılıq etmə qabiliyyəti. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.

Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır:

  • ruhlandıran lider;
  • universal lider;
  • situasiyaya görə lider;
  • işgüzar lider.

Mündəricat

Liderin xüsusiyyətləri

Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır:

Fərdi (şəxsi) keyfiyyətlər

  • Özünə inam
  • Aktiv həyat
  • Təşəbbüskarlıq
  • Motivasiya
  • Məsuliyyət

İdarəetmə və təşkilatı keyfiyyətlər

  • Rəhbərlik etmək bacarığı
  • Təşkilati bacarıqlar
  • Fürsət və təhlükələri görmə perspektivi
  • Çeviklik, manevr qabiliyyəti
  • Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq
Psixoloji və sosial keyfiyyətlər
  • Ədalət
  • Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq

Liderlərin fərqi

  • formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir;
  • qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.

Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur:

  • avtoritar — ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır;
  • demokratik — qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir;
  • anarxik — qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.

Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Bununla belə onun rəyi daim bilinir və təsir imkanına malikdir.

Rəsmi və qeyri-rəsmi lider eyni şəxs olduqda qrupun fəaliyyəti daha effektli olur. Qupun fəaliyyətinə cavabdeh olan yuxarı instansiya pilləsi bu amili nəzərə almağa çalışır. Burada nəticə liderin rəhbərlik tipindən də çox asılı olur.

Lider və müdirin əsas fərqləri

(#empty_citation)Bu iki anlayış bir-birinə yaxın olsalar da, eyni zamanda bir-birlərindən kəskin fərqlənirlər. Bu fərqlər aşağıdakılardır:

  • Liderlər vizyon təyin edir, müdirlər isə tapşırıq verirlər;
  • Liderlər dəyişikliyin, müdirlər isə status-kvonun təmsilçiləridir;
  • Liderlər unikal, müdirlər isə bir-birlərinin surəti olurlar;
  • Liderlər risk edir, müdirlər isə riski minimallaşdırırlar;
  • Liderlər uzunmüddətli, müdirlər isə qısamüddətli düşünürlər;
  • Liderlər uzunmüddətli, müdirlər isə qısamüddətli düşünürlər;
  • Liderlər münasibət, müdirlər isə sistem qururlar;
  • Liderlər kouçluq edir, müdirlər isə kontrol edirlər;
  • Liderlərin azarkeşləri, müdirlərin isə işçiləri olur.

Həmçinin bax

  • Siyasət
  • Psixologiya
  • Barnum effekti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lider haqqında məlumat. Lider nədir? Lider nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 16, 2026

    Henri Pelham

  • Fevral 27, 2026

    Dravid dilləri

  • Fevral 27, 2026

    Coğrafiya İnstitutu

  • Fevral 27, 2026

    Frunzik Mkrtçyan

  • Fevral 27, 2026

    Bayan-Ölgiy

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst