Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə

Ney

  • Ana Səhifə
  • Vikipediya
  • Ney

Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti.

Ney
Hornbostel–Zaks təsnifatı 421.111.1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Söz açımı

Tarixçə

Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur.

Neyin naləsini Füzuli belə təsvir edir:

" Nalədəndir ney kimi avazeyi eşqim bülənd

Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndübənd.

"

Növləri

XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağayi "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir.

Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng .

  • Ağ ney
  • Qara ney (mizmar)
  • Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
  • Ərəb neyi - Ərəbistanda bitən qamışdan, qarğıdan və ya bambukdan qayrılan ney. Digər neylərdən ahənginə, tembrinə görə fərqlənir, bəm səslənir.
  • Türk neyi
  • Əsa neyin səsləndirilməsi eynən qədim neyinki kimidir.

Hazırlanması və quruluşu

Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550–600 mm, diametri 20 mm-dir. Ucunda heç bir müştük ya dilçək olmur. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. Ağ neyi çalarkən ifaçı alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsilə səslərin alınmasına nail olur.

İfaçı oyuqları qismən və bütöv açıb-bağlamaqla xromatik səs sıralarını ala bilir. Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsilə üflənərək ifa edilir. Bu növün ən müasiri fleyta adı ilə orkestrlərin tərkibində istifadə olunur.

Hazırda bir çox Şərq xalqları arasında fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək mümkündür.

Neyin diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "sol " səsinə kimidir.

Ney çağdaş musiqidə

Həmçinin bax

  • Tütək

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ney haqqında məlumat. Ney nədir? Ney nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mənbə kodu

  • Fevral 27, 2026

    Ranobe

  • Fevral 27, 2026

    Elektrik boşalması

  • Fevral 28, 2026

    Nadir Mansurov

  • Fevral 27, 2026

    Sistem

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst