Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurna

Savalan Talıblı

  • Ana Səhifə
  • Vikipediya
  • Savalan Talıblı

Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015)

Savalan Talıblı
azərb. Maşayev Savalan Tahir oğlu‎
Savalan Tahir oğlu Maşayev
Savalan Tahir oğlu Maşayev
Doğum tarixi 24 fevral 1983 (43 yaş)
Doğum yeri Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 1
Atası Tahir Talıblı
Milliyyəti Azərbaycanlı
Təhsili Odlar Yurdu Universiteti
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 2006-indi
Üzvlüyü
  • Azərbaycan Jurnalistlər Birliyi,
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları Prezident təqaüdçüsü (2015)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar.

İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb.

Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb. "525-ci qəzet", "Kaspi", "Paritet", "Palitra", "Express" kimi qəzetlərdə müxtəlif mövzularda məqalələri dərc edilib.

2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2014-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2015-cu ildə AYB tərəfindən "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Ailəsi

Ailəlilidir. 1 övladı var. Savalan Talıblı şair, publisist Tahir Talıblının oğludur.

Əsərləri

Kitabları

  • "Kitab", Bakı: Yazıçı, 2015. 256 səh.

Məqalələri

  • "Tanıdığım və tanımadığım Zəki İslam". "Kaspi", №100 (1807), 11 iyun, 2008-ci il.
  • “Xalq folklorunu bilirsə, o xalqı heç kim ələ ala bilməz”: Məhərrəm Qasımlı: “Bizim mədəniyyətin açarı sazdır”: [Filologiya elmləri doktoru, professor] //"Kaspi".- 2008.- 22 avqust.- S. 14. № 150(1857)
  • "Hər an hər şey ola bilir - Azər Bülbülü anım", — modern.az saytı (az.)
  • "Şair Kələntər Kələntərlinin xatirəsinə", — adalet.az saytı (az.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Savalan Talıblı haqqında məlumat. Savalan Talıblı nədir? Savalan Talıblı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Vasif Adıgözəlov

  • Fevral 27, 2026

    Prazeodim

  • Fevral 27, 2026

    Allium affine

  • Fevral 27, 2026

    Saman xudat

  • Fevral 27, 2026

    Viləşçay

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst