Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saman Xudat və ya Samanxuda (fars. سامان‌خدا‎‎; VIII əsr, Bəlx vilayəti) — Samanilər sülaləsi əmirlərinin ulu babası.

Saman xudat

  • Ana Səhifə
  • Vikipediya
  • Saman xudat

Saman Xudat və ya Samanxuda (fars. سامان‌خدا‎‎; VIII əsr, Bəlx vilayəti) — Samanilər sülaləsi əmirlərinin ulu babası.

Saman xudat
fars. سامان‌خدا‎
Doğum tarixi VIII əsr
Doğum yeri
  • Bəlx vilayəti, Əfqanıstan
Fəaliyyəti qubernator

Mündəricat

Həyatı

Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı.

Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi.

Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi. Digər mənbələrə görə, Saman qəsəbəsi Səmərqənddə və ya Termezdə yerləşirdi. Saman adlı yaşayış məntəqəsi qədim mənbələrdə Buxara, Rey, İsfahan və hətta Hindistanda qeyd olunub. Beləliklə, aydın olur ki, «Saman» toponimi orta əsrlərdə nəinki bütün Orta Asiya, eləcə də ondan xaricdə də geniş yayılmışdı.

Ədəbiyyat

  • Г.Хидоятов: Саманиды - проблема истории (глава из книги "Крушение Саманидов").
  • Босворт К.Э. Мусульманские династии. М., Наука, 1971
  • Негматов Н.Н. Государство Саманидов. Мавераннахр и Хорасан в IX–X вв. Душанбе, «Ирфон», 1977

Həmçinin bax

  • Samanilər sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saman xudat haqqında məlumat. Saman xudat nədir? Saman xudat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kirpi (jurnal)

  • Fevral 27, 2026

    Stefani Mayer

  • Fevral 27, 2026

    Taclı Bəyim

  • Fevral 27, 2026

    Engelbert Kempfer

  • Fevral 27, 2026

    1147-ci il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst