Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

4%-dir), at.n. 59, [[atom kütləsi]] 140,9077-dir. Təbii prazeodim stabil 141Pr izotopundan ibarətdir. Kütlə ədədləri 134–140 və 142–148 olan 14 süni izotopu alı

Prazeodim

  • Ana Səhifə
  • Vikipediya
  • Prazeodim
59 serium ← prazeodim → neodim
-
↑
Pr
↓
Pa
dövri cədvəl
Ümumi
Ad, İşarə, Nömrə prazeodim, Pr, 59
Qrup, Dövr, Blok , 6, f
Xarici görünüşü
Atom kütləsi140.90765 q/mol
Elektron formulu[Xe] 4f3 6s2
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
q/L
Ərimə temperaturu935 °C
(1208 K, 1715 °F)
Qaynama temperaturu3520 °C
(3793 K, 6368 °F)
Elektromənfiliyi1,13
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Prazeodim (lat. Praseodymium), Pr – kimyəvi element; elementlərin dövri sisteminin III qrupundandır, lantanoidlərə mənsub nadir metaldır (Yer qabığında miqdarı 7x104%-dir), at.n. 59, atom kütləsi 140,9077-dir. Təbii prazeodim stabil 141Pr izotopundan ibarətdir. Kütlə ədədləri 134–140 və 142–148 olan 14 süni izotopu alınmışdır. Təzə cilalanmış prazeodim gümüşü-ağ rəngdədir. Havada asanlıqla oksidləşdiyindən rəngi saralır. 1841-ci ildə K. Mosander "lantan torpağını" iki yeni "torpağa" (oksidlər nəzərdə tutulur) ayırdı. Onlardan biri lantanın oksidi idi, digəri isə ona çox oxşar idi və "didimiya" adını aldı, yunan sözü didimos – "ekiz". 1882-ci ildə Avstriya kimyaçısı Karl Auer fon Velsbax (1858–1919) didimiyanı da komponentlərə ayıra bildi. Aydın oldu ki, o da iki yeni elementin oksidlərinin qarışığıdır. Onlardan biri yaşıl rəngli duz verdi və Auer bu elementə prazeodim adını verdi, başqa sözlə "yaşıl ekiz" (yunanca prasinos – "açıq-yaşıl"). İkinci element qızılgül – qırmızı rəngli duz əmələ gətirir və o, neodim adlandırıldı, başqa sözlə, "yeni ekiz". Sıxlığı (25 °S-də) 6,772 q/sm2-dir, 935 °S-də əriyir. 3212 °S-də qaynayır, paramaqnitdir. Başqa lantanoidlər kimi prazeodim də kimyəvi aktivdir. Birləşmələrində, əsasən +3, bəzən də +4 oksidləşmə dərəcəsi göstərir. Prazeodimun üçlü yarımkeçirici birləşmələri ilk dəfə Azərbaycanda öyrənilmişdir. Prazeodim ərintilərindən əlvan metalların və poladın legirlənməsində, şüşəçi və qaynaqçı gözlükləri üçün xüsusi şüşə istehsalında (aşqar kimi), kondensator hazırlanmasında və s. istifadə edilir.

Vikianbarda Prazeodim ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Prazeodim haqqında məlumat. Prazeodim nədir? Prazeodim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Politeizm

  • Fevral 27, 2026

    Bolnisi

  • Fevral 12, 2026

    Mif

  • Fevral 23, 2026

    Hind-Avropa dilləri

  • Fevral 27, 2026

    I Trdat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst