Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə

Savalan (Qəbələ)

  • Ana Səhifə
  • Vikipediya
  • Savalan (Qəbələ)

Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun Savalan kənd inzibati ərazi dairəsində kənd.

Savalan
40°47′13″ şm. e. 47°36′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 202 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 294 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Savalan xəritədə
Savalan
Savalan

Mündəricat

Coğrafiyası

Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb. Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir. Ərazinin 450 hektar sahəsi olsa da yalnız 210 hektarı camaatın pay torpağıdır. Qalanı yüksəkliyi, dərəni əhatə etdiyindən yalnız müəyyən sahələrdə taxıl əkmək mümkündür. Buğda, arpa zəmiləri də savalanlıların alın təri ilə becərilir. Qoyunçuluğun inkişafında irəliləyiş nəzərə çarpır. Dövlət tərəfindən kənddə 9 illik yeni məktəb binası inşa olunub. Yerli icra nümayəndəliyi üçün inzibati binanın tikilməsi nəzərdə tutulub. Kənddaxili yollar təmir edilib.

Tarixi

  • Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası

Savalan oyk., sadə. Acınohur ön dağlanndadır. Yaşayış məntəqəsi həmin r-ndakı Qalatan, Qaravultəpə, Qaçaq evi adlı qədim istehkam və qalaların yerləşdiyi Savalan dağ silsiləsinin adını daşıyır. Cənubi Azərbaycan ərazisində də eyniadlı dağ mövcuddur. Rusiyanın Ulyanov vilayətində Salavan adlı yer qeydə alınmışdır. Oronim saval və -an (burada cəmlik bildirir) komponentlərindən ibarətdir. Azərbaycan dilinin dialektlərində və bəzi türk dillərində sava “soyuq, sərt hava şəraiti” mənasında, türk dillərində sala “barmaq, bu¬daq, çıxıntı”, yakut dilində saal “dağ yalı”, avar dilində şabal “dağ, zirvə, təpə” mənalarında işlənməkdədir. Bu baxımdan güman etmək olar ki, oronim “zirvələr, barmaqlar, təpələr” deməkdir.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 406 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Qaraultəpə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, savalan (qəbələ) sözünün mənası, savalan (qəbələ) haqqında məlumat. savalan (qəbələ) nədir? savalan (qəbələ) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Avropa İttifaqı

  • Fevral 27, 2026

    Ayan küknarı

  • Fevral 27, 2026

    Abdullah Öcalan

  • Mart 06, 2026

    Əlbəyaxa döyüş

  • Mart 01, 2026

    Nıyanca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst