Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ər-Risalə (ərəb. الرسالة‎) və ya Risalə əl-Quşeyriyyə (ərəb. الرسالة القشيرية‎) — təsəvvüflə bağlı qələmə alınmış klassik əsərlərdən biri.

Risalə əl-Quşeyriyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Risalə əl-Quşeyriyyə

Ər-Risalə (ərəb. الرسالة‎) və ya Risalə əl-Quşeyriyyə (ərəb. الرسالة القشيرية‎) — təsəvvüflə bağlı qələmə alınmış klassik əsərlərdən biri.

Risalə əl-Quşeyriyyə
ərəb. الرسالة القشيرية‎
Müəllif Əbdülkərim əl-Quşeyri
Mövzu təsəvvüf
Orijinalın dili ərəb dili
Ölkə
  •  İraq

Mündəricat

Müəllif

"Ər-Risalə"nin müəllifi sünni kəlam, təfsir və hədis alimi Quşeyridir.

Əsər

"Ər-Risalə" hicri 437–438-ci (1045–1046) illərdə Nişaburda qələmə alınmış olub, 1 giriş və 55 bölmədən (bab) ibarətdir. Əsərdə sufilərin əqidə və tövhid məsələləri haqqındakı inancları, müridlik ədəbi, sufilərin İslam dinindəki yeri, sufiliyin əhəmiyyəti və başqa mövzulardan bəhs olunur.

Əsərin birinci bölməsində 83 sufinin dini və şəriət hökmlərinə olan sadiqliyindən bəhs edilir. Quşeyri bu bölməni qələmə alarkən mənbə kimi Məhəmməd ibn Hüseyn əs-Süləminin "Təbəqətüs-sufiyyə"sindən bəhrələnmişdir.

Əsərin ikinci bölmədində vəcd, fəna, cəm, bəst, üns, təcəlli və s. kimi hallardan söhbət açalır. Əsərin yerdə qalan 53 bölməsi isə tövbə, vəra, təqva, zöhd, fəqr, səbir, şükür, təvəkkül, rza, yəqin, rəca, həvf, dua, zikr, vilayət, kəramət, kəşf, röya, ədəb, əxlaq, söhbət, səma, ölüm və s. kimi təsəvvüfi mövzulara ayırılmışdır.

"Ər-Risalə" bir çox sufi üzərində təsirli olmuş, İbn Teymiyyə və İbn Qeyyim əl-Cövziyyə kimi Hənbəlilərin diqqətini cəlb etmişdir: İbn Teymiyyə "əl-İstiqamə" adlı əsəri "ər-Risalə"nin şərhi mahiyyətində qələmə almış, İbn Qeyyim isə "Mədaricüs-salikin" adlı əsərində Xacə Abdullah əl-Hərəvinin görüşlərini şərh edərkən "ər-Risalə"dən bəhrələnmişdir.

Əsərə haşiyə və şərhlər yazılmış, türk, fars, alman, ingilis və fransız dillərinə tərcümə edilmişdir. "Ər-Risalə"nin müxtəlif nəşrləri həyata keçirilmişdir (Bulaq: hicri 1284, Qahirə: 1966, Beyrut: 1993 və s.).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, risalə əl-quşeyriyyə sözünün mənası, risalə əl-quşeyriyyə haqqında məlumat. risalə əl-quşeyriyyə nədir? risalə əl-quşeyriyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    110 (ədəd)

  • Mart 01, 2026

    Susüpürən

  • Mart 06, 2026

    Himasthla schachtachtinskoi

  • Mart 02, 2026

    Qəbir

  • Fevral 27, 2026

    Vallon dili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst