Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samir Musa oğlu Rzayev (9 may 1980, Bakı) — "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (22 fevral 2024-cü ildən). Samir Rzayev daha öncə "Azərbaycan Hava Yoll

Samir Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Samir Rzayev

Samir Musa oğlu Rzayev (9 may 1980, Bakı) — "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (22 fevral 2024-cü ildən). Samir Rzayev daha öncə "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti (2022–2024) və prezident vəzifəsini müvəqqəti icra edən (2023–2024) olub.

Samir Rzayev
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti
Vəzifədədir
22 fevral 2024-cü ildən
    ƏvvəlkiCahangir Əsgərov
    Şəxsi məlumatlar
    Doğum tarixi 9 may 1980 (45 yaş)
    Doğum yeri Bakı
    Təhsili
    • Azərbaycan Dövlət İqtisad Universiteti,
    • Darem Universiteti

    Həyatı və karyerası

    Samir Musa oğlu Rzayev 1980-ci il mayın 9-da Bakıda anadan olub. 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat üzrə magistr təhsili alıb. 2003–2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində Maliyyə və investisiya üzrə magistr təhsili alıb. 2001 oktyabr — 2003 sentyabr — Azərbaycan Respublikasının Mərkəzi Bankında İqtisadçı vəzifəsində çalışıb. 2004 sentyabr — 2005 iyul — Azərbaycan Respublikasının Mərkəzi Bankında Aparıcı iqtisadçı vəzifəsində çalışıb. 2005 iyul — 2007 mart — Azərbaycan Respublikasının Mərkəzi Bankında Xarici ehtiyatların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007 mart — 2008 yanvar — "PAŞA İnşaat" MMC-də Maliyyə direktoru vəzifəsində çalışıb. 2008 yanvar — 2009 mart — "PAŞA İnşaat" MMC-də Kommersiya direktoru vəzifəsində çalışıb. 2009 mart — 2016 oktyabr — Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2016 oktyabr — 2017 iyul — Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Baş maliyyə direktoru vəzifəsində çalışıb. 2017 avqust — 2022 fevral — "Azərbaycan Supermarket" MMC-də Ticarət direktoru vəzifəsində çalışıb. 2022 fevral — 2022 noyabr — Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti vəzifəsində çalışıb. 2022 noyabr — 2024 fevral — Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti vəzifəsində çalışıb. 22 fevral 2024-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti təyin edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samir Rzayev haqqında məlumat. Samir Rzayev nədir? Samir Rzayev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Vürtsburq

    • Fevral 27, 2026

      İngiloylar

    • Fevral 27, 2026

      Rep

    • Fevral 27, 2026

      DQMV

    • Fevral 27, 2026

      Böyük nalburun

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst