Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (1996–2023), Azərbaycan Respublikasın

Cahangir Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Cahangir Əsgərov

Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (1996–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011), texnika elmləri namizədi, dosent.

Cahangir Əsgərov
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti
1 may 2008 – 1 sentyabr 2023
SonrakıSamir Rzayev
"Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru
15 iyul 1996 – 1 may 2008
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1950(1950-07-11) (75 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Zərifə Həmzəyeva
Təltifləri "Şərəf" ordeni — 2013 "Dostluq" ordeni — 2007 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2004 "Şərəf" ordeni — 2020 "Şöhrət" ordeni — 2010
Azərbaycan Respublikasının əməkdar pilotu — 2011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Cahangir Əsgərov 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə An-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir.

1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.

1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır.

1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləmişdir. 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir — texniki elmlər namizədidir. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür. 1 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

O, həm də Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə vəzifəsindən azad edilib.

1 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Mükafatlar

  • Azərbaycanın əməkdar pilotu (31 may 2011-ci il) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə.
  • "Şərəf" ordeni (11 iyul 2020-ci il) – Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə.
  • "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı (10 may 2018-ci il).
  • "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı (02 iyun 2014-cü il) — mülki aviasiya sahəsində xidmətlərinə görə.
  • "Şərəf" ordeni (13 noyabr 2013-cü il, Gürcüstan) — Gürcüstan ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsinə görə.
  • "Şöhrət" ordeni (10 iyul 2010) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə.
  • "Dostluq" ordeni (24 dekabr 2007-ci il, Rusiya) — Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mülki aviasiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə.
  • "V dərəcəli Knyaz Yaroslav Mudrı" ordeni (20 noyabr 2004-cü il, Ukrayna) — Ukrayna ilə Azərbaycan Respublikası arasında aviasiya nəqliyyatı sahəsində əməkdaşlığın inkişafına mühüm şəxsi töhfəsinə görə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Əsgərov haqqında məlumat. Cahangir Əsgərov nədir? Cahangir Əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Morfey

  • Fevral 27, 2026

    Stok-on-Trent

  • Fevral 27, 2026

    .by

  • Fevral 27, 2026

    Yena Universiteti

  • Fevral 27, 2026

    Karel dili

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst