Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salih Omurtak (1889, Selanik — 23 iyun 1954, Ankara) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir.

Salih Omurtak

  • Ana Səhifə
  • Vikipediya
  • Salih Omurtak

Salih Omurtak (1889, Selanik — 23 iyun 1954, Ankara) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir.

Salih Omurtak
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
1 avqust 1946 – 8 iyun 1949
ƏvvəlkiKazım Orbay
SonrakıNuri Yamut
Şəxsi məlumatlar
Doğum tarixi 1889(1889)
Doğum yeri
  • Saloniki, Mərkəzi Makedoniya, Makedoniya və Frakiya, Yunanıstan
Vəfat tarixi 23 iyun 1954(1954-06-23) (64–65 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Rütbəsi
  • general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və hərbi xidməti

Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur. 61-ci Piyada Diviziyası Komandiri olduğu müddətdə Afyonkarahisarın şimalındakı Yunan hücumlarını dəf etməkdə və Yunan sağ cinahına əks hücumda uğur göstərdi. 1926-cı ilə qədər müxtəlif bölmələrə rəhbərlik etdi.

1926-cı ildə (Mirliva) general-leytenant, 1940-cı ildə dörd ulduzlu general olmuşdur. 9-cu və 3-cü Korpus Komandiri vəzifəsini icra etdi.29 iyul 1946-cı ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edildi və 8 iyun 1949-cu ilə qədər Baş qərargah rəisi vəzifəsində çalışdı. Ali Hərbi Şuranın üzvü, Baş Qərargahın 2-ci rəisi və General rütbəsində 1-ci Ordu Komandiri vəzifələrində çalışıb. Xəstəliyi səbəbiylə 1 yanvar 1950-ci ilə qədər tibbi səbəblərdən məzuniyyətdə idi. Ali Hərbi Şuranın üzvü olarkən 6 iyul 1950-ci ildə istəyi ilə təqaüdə çıxdı.

Salih Omurtak 43 illik hərbi xidməti dövründə "Məcidiyyə", "Osmaniyyə" nişanları, "Hərb", "Ləyaqət", "İmtiyaz" və "İstiqlal" medalları ilə təltif edilmişdir.

Ölümü və dəfni

23 iyun 1954-cü ildə vəfat etdi. Ankara Hava Şəhidliyində dəfn edildi. Atatürk Meşə Fermasının yaxınlığında yerləşən Türkiyə Dövlət Məzarlığına Mustafa Kamal Atatürkün silahdaşı olduğuna görə köçürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salih Omurtak haqqında məlumat. Salih Omurtak nədir? Salih Omurtak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Take Care

  • Fevral 27, 2026

    Vasili Radlov

  • Fevral 27, 2026

    Vitni dağı

  • Fevral 27, 2026

    İnsayder

  • Fevral 27, 2026

    Quba xanlığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst