Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil et

Safura Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Safura Əlizadə

Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur.

Səfurə Əlizadə
Səfurə Əlizadə 2010 Avroviziya Mahnı Müsabiqəsi zamanı mətbuat konfransında (27 may 2010)
Səfurə Əlizadə 2010 Avroviziya Mahnı Müsabiqəsi zamanı mətbuat konfransında (27 may 2010)
Ümumi məlumatlar
Doğum tarixi 20 sentyabr 1992(1992-09-20) (33 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, saksofonçu[d]
Fəaliyyət illəri 2009-cu ildən
Janr pop musiqisi
Musiqi alətləri saksofon
safura.eurovisiontalents.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksofon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır.

2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür. 18 iyun 2010-cu ildə Səfurə xanım İsveçdə "It's My War" adlı ilk albomunu təqdim etmişdir. Səfurə xanımın albomunda 13 mahnı yer almışdır.

O, 10 fevral 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Avroviziya Mahnı Müsabiqəsi

Səfurə Əlizadə 2010-cu ildə 55-ci Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. 2 mart tarixində keçirilən Milli Seçimlərin finalında Səfurə xanım "Drip Drop" mahnısı ilə qalib gəlmişdir və Azərbaycanı Osloda 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.

Səfurə Əlizadə Norveçin paytaxı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində 2-ci yarım-finalda iştirak etmişdir. Səfurə xanım 113 xalla 17 ölkə arasında 2-ci yeri tutmuşdur və finala adlamışdır. 29 may tarixində isə keçirilən finalda Səfurə Əlizadə 39 ölkədən 145 xal almışdır və 55-ci Avroviziya Mahnı Müsabiqəsində 5-ci yeri tutmuşdur.

Səfurə Əlizadə

Ailəsi

5 iyul 2013-cü ildə Səfurə Əlizadə Bodrumda Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurmuşdur. 9 may 2014-cü ildə isə Səfurə xanımın oğlu İsgəndər anadan olmuşdur. Onun İsgəndər, Ayşə və Natiq adlarında 3 övladı var.

Mahnıları

İl Mahnı
2010 "Drip Drop"
"March On"
2011 "Paradise"
2021 "Ağla"
"Möcüzə"

Albomları

  • "It's My War" (2010)
  • "Möcüzə" (2021)

Klipləri

  • Drip-Drop (2010)
  • March On (2010)
  • Paradise (2012)
  • Ağla (2021)

Həmçinin bax

Əvvəlki:
Aysel Teymurzadə
Araş
"Always"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

2010 Oslo
"Drip Drop"
Sonrakı:
Eldar Qasımov
Nigar Camal
"Running Scared"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, safura əlizadə sözünün mənası, safura əlizadə haqqında məlumat. safura əlizadə nədir? safura əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Atlantic Records

  • Fevral 27, 2026

    Ağqaya

  • Fevral 27, 2026

    Səbuk Təkin

  • Mart 02, 2026

    Ağarx

  • Mart 06, 2026

    Loğman Kərimov

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst