Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbayca

Loğman Kərimov

  • Ana Səhifə
  • Vikipediya
  • Loğman Kərimov

Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru, ssenari müəllifi.

Loğman Kərimov
Doğum tarixi 11 yanvar 1959(1959-01-11) (67 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID0449345

Mündəricat

Həyatı

Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.

L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.

Ailəsi

Atası Məhərrəm Danayi Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Əhərdən nümayəndə seçilib. AMH süqut etdikdən sonra Azərbaycana köçüb. Təqib olunmamaq üçün özünə Seyfulla Kərimov adını götürüb.

Xalq artisti Valeh Kərimovun qardaşıdır.

Filmoqrafiya

  1. Barıt (film, 1984)
  2. Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (AzTV)
  3. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: fabrikin mühafizəçisi
  4. Araqarışdıran (film, 1987)
  5. Aşkarsızlıq şəraitində... (film, 1986)
  6. At ilinin birinci ayı (film, 1993)
  7. İstanbul reysi (film, 2010)
  8. Köpək (film, 1994)
  9. Qəzəlxan (film, 1991)
  10. Lətifə (film, 1989)
  11. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  12. Nəfəs (2007)
  13. Sahilsiz gecə (film, 1989)
  14. Sübhün səfiri (film, 2012)
  15. Yük (film, 1995)
  16. Anamın kitabı (serial, 2020)
  17. 8 (teleserial, 2026)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, loğman kərimov sözünün mənası, loğman kərimov haqqında məlumat. loğman kərimov nədir? loğman kərimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ursinae

  • Fevral 27, 2026

    Ölümün toxunuşu

  • Mart 03, 2026

    Pəmbək (Göyçə)

  • Fevral 27, 2026

    Mehdiabad (Abşeron)

  • Mart 02, 2026

    Riştə Xətayi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst