Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitablarından (Kütubi-Sittənin) biridir.

Sünəni-Tirmizi

  • Ana Səhifə
  • Vikipediya
  • Sünəni-Tirmizi

Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitablarından (Kütubi-Sittənin) biridir.

Sünəni-Tirmizi
ərəb. سنن الترمذي‎
Müəllif Tirmizi
Janr hədis
Orijinalın dili ərəb dili

Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Cəmius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq adlandırılır.

Mündəricat

Haqqında

Müəllif

Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 3951 hədis yığmışdır. Kitabın ən qədim və ən güvənilən nüsxəsi Əhməd Məhəmməd Şakir nüsxəsidir və nüsxə ərəbcədir.

Kitabları (Bölmələri)

Şərhlər

  1. İbn əl-Ərəbi əl-Məkki Əbu Bəkr Məhəmməd ibn Abdullah əl-İşbili, "Əridəul-əhvazi fi şərhit-Tirmizi".
  2. Əl-Hafiz Cəlaləddin əs-Süyuti, "Qüvvətül-muğtəzi aləl-Cəmi ət-Tirmizi".
  3. İbn Seyyidin-Nəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidin-Nəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Əbdürrəhim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. Hicrətin 806-cı ilində vəfat etmişdir.
  4. Sirəcəddin əl-Bəlqini əş-Şəfii, "Əl-Urfuş-şəzi alə Cəmi ət-Tirmizi" (əsər tamamlanmayıb).
  5. Məhəmməd Əbdürrəhman ibn Əbdürrəhim əl-Mübarəkfuri, "Töhfətül-əhvazi şərhu Cəmi ət-Tirmizi".

Nəşrləri

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub:

  • "Sünen-i Tirmizi", çeviren: Abdullah Parlıyan, "Konya" Ktapçılık, Konya, 2004.(oxu 2012-06-21 at the Wayback Machine)

Həmçinin bax

  • Kutubi-sittə
  • Səhihi Buxari
  • Səhihi Müslim
Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Sünən əl-Tirmizi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünəni-Tirmizi haqqında məlumat. Sünəni-Tirmizi nədir? Sünəni-Tirmizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Robert Solsberi

  • Fevral 27, 2026

    Hoşyar Sultan

  • Fevral 24, 2026

    C vitamini

  • Fevral 27, 2026

    Neandertallar

  • Fevral 27, 2026

    Friqq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst